Icma.az
close
up
RU
Naxçıvanda iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri ilə bağlı konfrans təşkil edilib AZƏRTAC

Naxçıvanda iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri ilə bağlı konfrans təşkil edilib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Naxçıvanda “İqlim dəyişikliyinin kənd təsərrüfatının inkişafına təsiri” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə güllər düzüblər.

Konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli aktual mövzuya həsr olunmuş konfransın işinə uğurlar arzulayıb və konfransın iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

O qeyd edib ki, dünyada baş verən qlobal istiləşmə, quraqlıqların artması aqrar sektora, nəticədə, ərzaq təhlükəsizliyi təminatına da mənfi təsir göstərir. Təbii ki, bu, Naxçıvan iqtisadiyyatına da təsirsiz ötüşmür. Çünki kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının əsasını təşkil edir. Bu səbəbdən də muxtar respublikada ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi prioritet məsələlər sırasındadır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” Naxçıvanda bu sahədə atılacaq addımların təməlini təşkil edir. Sözügedən proqramda regionda ekoloji tarazlığın və bioloji müxtəlifliyin qorunması, yaşıllıqların mühafizəsi və artırılması əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Bu da muxtar respublikada iqlim dəyişikliklərinin ətraf mühit komponentlərinə təsirlərinin minimuma endirilməsi işinə mühüm töhfə verəcək.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova bildirib ki, məqsəd COP29-dan sonra iqlim dəyişikliyi ilə mübarizədə görüləcək tədbirlərin birgə müzakirəsini aparmaqdır. Nazir müavini qeyd edib ki, iqlim dəyişikliyi kənd təsərrüfatında da məhsuldarlığa ciddi təsir göstərir. Bu təsirləri azaltmaq üçün praktik addımlar atılması zəruri xarakter daşıyır.

Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vurğulayıb ki, qlobal iqlim dəyişikliyi yağıntıların davamlı azalmasına və su qıtlığının artmasına səbəb olur. Bu da kənd təsərrüfatı sektoru üçün ciddi çətinliklər yaradır. Ölkəmizdə kənd təsərrüfatının inkişafı bir çox hallarda birbaşa su təchizatının yaxşılaşdırılmasından asılıdır. Bundan başqa, ölkə ərazisinin 15 faizi quraqlıq, 6 faizi isə səhralaşma təhlükəsi altındadır. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud su, torpaq və iqlim ehtiyatlarından daha səmərəli istifadə, kənd təsərrüfatı sahəsinin iqlim dəyişikliyinə uyğunlaşdırılması, su təchizatının yaxşılaşdırılması, müasir su təchizatı texnologiyalarının səmərəli tətbiqi mühüm rol oynayır.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29-a ev sahibliyi edən və bu mötəbər tədbiri uğurla başa vuran Azərbaycanın dünya ekosisteminin qorunması tədbirlərinə mühüm töhfələr verdiyini bildirib. Nazir müavini qeyd edib ki, bioloji müxtəliflik indiki və gələcək nəsillər üçün çox böyük dəyərə malik qlobal sərvətdir. Lakin növlər və ekosistemlər heç vaxt indiki qədər böyük təhlükə altında olmayıb. Ölkəmizdə son 30 ildə ortaillik havanın temperaturu əvvəlki dövrlə müqayisədə orta hesabla 0,9 dərəcə yüksəlib. Ərazinin əksər hissəsində yağıntının miqdarı orta hesabla 4 faiz azalıb. İqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi bir-biri ilə bağlı proseslərdir və birlikdə həll edilməlidir. Buna görə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qlobal iqlim dəyişikliklərinə cavab verən yüksəkkeyfiyyətli təmiz ekoloji mühitin təmin olunması kimi mühüm vəzifə müəyyənləşdirilib. Ölkəmizdə ətraf mühitin mühafizəsini və təbii ehtiyatların səmərəli istifadəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin keyfiyyətcə yeni mərhələdə davam etdirilməsi prioritet istiqamətdir.

Konfransda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Bitkiçilik Departamentinin müdiri İhsan Emiralioğlu və Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərovanın çıxışları dinlənilib. Çıxışlarda Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29-un bu il ölkəmizdə keçirilməsi təcrübə mübadiləsi aparmaqla gələcək təşəbbüslərə, dayanıqlı inkişaf sahəsində əməkdaşlıq səylərinin gücləndirilməsi və tərəfdaş münasibətlərin yaranmasına mühüm töhfə kimi dəyərləndirilib.

Tədbirdə COP29 və Naxçıvanda yaşıl enerji layihələrinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Konfrans “Dayanıqlı kənd təsərrüfatı, qida və su təminatında iqlimin rolu” və “Elmi yanaşmalar və kadr potensialının artırılması” mövzularında panel müzakirələrlə öz işini davam etdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri