Naxçıvanda “Klinik laborator diaqnostikada müasir prinsiplər” adlı konfrans keçirilib Foto…
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dekabrın 14-ü Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında “Klinik laborator diaqnostikada müasir prinsiplər” adlı elmi-praktiki konfrans keçirilib.
Tədbir Naxçıvan MR Səhiyyə Nazirliyi, “Referans Medical Group” və Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) birgə təşkilatçılığı ilə baş tutub.
Konfransdan öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib.
Muzeydə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Konfransda “Referans Klinik Laboratoriya Mərkəzi”ndən dəvət olunmuş 10 mütəxəssis çıxış edib.
Onlar laborator diaqnostikanın müasir prinsipləri, yeni texnologiyalar və xüsusi laborator testlər haqqında məruzələr təqdim ediblər.
Məruzələr zamanı klinik laborator diaqnostikada əldə olunan son nailiyyətlər və bu nailiyyətlərin xəstəliklərin erkən aşkarlanmasında, dəqiq diaqnozun qoyulmasında oynadığı mühüm rol xüsusi vurğulanıb.
Tam oxu
Xəbəri oxu