Icma.az
close
up
RU
Naxçıvanda “Klinik laborator diaqnostikada müasir prinsiplər” adlı konfrans keçirilib Fotolar

Naxçıvanda “Klinik laborator diaqnostikada müasir prinsiplər” adlı konfrans keçirilib Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekabrın 14-ü Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında “Klinik laborator diaqnostikada müasir prinsiplər” adlı elmi-praktiki konfrans keçirilib.

Tədbir Naxçıvan MR Səhiyyə Nazirliyi, “Referans Medical Group” və Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) birgə təşkilatçılığı ilə baş tutub.

Konfransdan öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib.

Muzeydə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Konfransda “Referans Klinik Laboratoriya Mərkəzi”ndən dəvət olunmuş 10 mütəxəssis çıxış edib. 

Onlar laborator diaqnostikanın müasir prinsipləri, yeni texnologiyalar və xüsusi laborator testlər haqqında məruzələr təqdim ediblər. 

Məruzələr zamanı klinik laborator diaqnostikada əldə olunan son nailiyyətlər və bu nailiyyətlərin xəstəliklərin erkən aşkarlanmasında, dəqiq diaqnozun qoyulmasında oynadığı mühüm rol xüsusi vurğulanıb.

Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb və müxtəlif kliniki hallar əsasında interaktiv müzakirələr təşkil olunub.

İştirakçılar təcrübələrini bölüşərək, bu sahədəki yenilikləri praktik fəaliyyətlərində necə tətbiq edə biləcəkləri barədə fikir mübadiləsi aparıblar. Konfransda 200-ə yaxın həkim iştirak edib.

Onların arasında müxtəlif ixtisas sahibləri, laborator mütəxəssislər və tibb işçiləri yer alıb. Konfransın əsas məqsədi Naxçıvanda fəaliyyət göstərən həkimləri müasir laborator diaqnostik yanaşmalar barədə məlumatlandırmaq, onların bilik və bacarıqlarını daha da təkmilləşdirmək olub.

Tədbir təşkilatçıları bildiriblər ki, növbəti il ərzində də Naxçıvanda bu cür seminar və konfransların keçirilməsi planlaşdırılır.

Belə tədbirlər həkimlərin biliklərini daim yeniləməsinə, tibbi praktikanın daha effektiv və dəqiq həyata keçirilməsinə töhfə verəcək.

Konfrans iştirakçıları təşkilatçılara minnətdarlıqlarını bildirərək, bu cür tədbirlərin davamlı təşkilinin vacibliyini vurğulayıblar.







Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Dekabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri