Naxçıvanda qeydiyyata alınan VÖEN sayı 6,7 faiz artıb | Icma.az
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan Muxtar Respublikasında 2023-cü ildə 6263 yeni vergiödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) qeydiyyata alınmışdısa, 2024-cü ildə bu göstərici 6682-yə çatıb.
Bu isə əvvəlki illə müqayisədə 419 yeni VÖEN və ya 6,7 faiz artım deməkdir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, vergi ödəyicilərinin sayının artması Naxçıvanda iqtisadi aktivliyin yüksəldiyini göstərir.
Xüsusilə kiçik və orta biznesin inkişafına yönəlmiş tədbirlər, sahibkarlara verilən güzəştlər və dövlət dəstəyi bu artımda mühüm rol oynayır.
Qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 72,8 faiz artıb Muxtar respublikada ticarət, kənd təsərrüfatı, xidmət və istehsalat sahələrində yeni sahibkarlıq subyektlərinin yaranması ümumi iqtisadi inkişafın göstəricilərindən biridir.
Bunun nəticəsi olaraq, qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayında yanvarın 1-nə əvvəlki dövrlə müqayisədə 72,8 faiz artım qeydə alınıb.
Bu da əvvəlki ilə nisbətən yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tam oxu
Xəbəri oxu