Icma.az
close
up
RU
Naxçıvanda qeydiyyata alınan VÖEN sayı 6,7 faiz artıb

Naxçıvanda qeydiyyata alınan VÖEN sayı 6,7 faiz artıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikasında 2023-cü ildə 6263 yeni vergiödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) qeydiyyata alınmışdısa, 2024-cü ildə bu göstərici 6682-yə çatıb. Bu isə əvvəlki illə müqayisədə 419 yeni VÖEN və ya 6,7 faiz artım deməkdir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, vergi ödəyicilərinin sayının artması Naxçıvanda iqtisadi aktivliyin yüksəldiyini göstərir. Xüsusilə kiçik və orta biznesin inkişafına yönəlmiş tədbirlər, sahibkarlara verilən güzəştlər və dövlət dəstəyi bu artımda mühüm rol oynayır.

Qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 72,8 faiz artıb

Muxtar respublikada ticarət, kənd təsərrüfatı, xidmət və istehsalat sahələrində yeni sahibkarlıq subyektlərinin yaranması ümumi iqtisadi inkişafın göstəricilərindən biridir. Bunun nəticəsi olaraq, qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayında yanvarın 1-nə əvvəlki dövrlə müqayisədə 72,8 faiz artım qeydə alınıb. Bu da əvvəlki ilə nisbətən yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyət kəsb edir.

2023-cü illə müqayisədə qeydiyyatda olan VÖEN-lərin sayı 32,3 faiz, aktiv VÖEN-lərin sayı 71,4 faiz, aktiv obyektlərin sayı isə 19,7 faiz artıb.

Bu dinamika Naxçıvanda biznes mühitinin yaxşılaşdığını və sahibkarlıq fəaliyyətinin genişləndiyini göstərir. Yeni açılan müəssisələr və artan vergi ödəyiciləri həm məşğulluğun artmasına, həm də əhalinin rifah halının yüksəlməsinə müsbət təsir edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Fevral 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri