Naxçıvandan başlanan milli ordu quruculuğu | Icma.az
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. Tarix sübut edib ki, hər bir dövlətin müstəqilliyi onun sarsılmaz və güclü təməllər üzəri
Sivil dünya nə qədər inkişaf etsə də, güc amili hər zaman əsas rol oynayıb. Bu gerçəyə xalqımız zaman-zaman şahidlik edib.
Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması, əsrin sonlarında torpaqlarımın işğal olunması güclü ordumuzun olmamağımızdan qaynaqlanıb.
Buna görə də tarix boyu böyük liderlər, fatehlər ordu quruculuğuna böyük önəm verib, bunsuz dövlətçiliyin mövcud olmayacağına şübhə etməyiblər.
1991-ci il sentybrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə cəmi 4 gün əvvəl sədr seçilmiş ümummilli lider Heydər Əliyevin blokada şəraitində çətin fəaliyyətə ilk olaraq ordu quruculuğundan başlaması məhz bu zərurətdən yaranmışdı.
34 il əvvəl bu gün Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilmiş tarixi qərarla muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi üçün Dövlət Müdafiə Komitəsinin yaradılması müstəqilliyin astanasında Azərbaycanda Milli Ordu quruculuğu prosesinin əsasını qoydu.
Həmin dövrdə muxtar respublika faktiki olaraq Ermənistanın irimiqyaslı təcavüzü ilə üz-üzə qalmışdı.
Bakıda iflic vəziyyətə düşmüş mərkəzi hakimiyyətin Naxçıvana ögey münasibəti vəziyyəti daha da mürəkkəbləşdirmişdi.
Tam oxu
Xəbəri oxu