Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Naxçıvandan başlanan milli ordu quruculuğu

Naxçıvandan başlanan milli ordu quruculuğu

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Tarix sübut edib ki, hər bir dövlətin müstəqilliyi onun sarsılmaz və güclü təməllər üzərində qurulmuş ordusundan asılıdır. Sivil dünya nə qədər inkişaf etsə də, güc amili hər zaman əsas rol oynayıb. Bu gerçəyə xalqımız zaman-zaman şahidlik edib.

Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması, əsrin sonlarında torpaqlarımın işğal olunması güclü ordumuzun olmamağımızdan qaynaqlanıb. Buna görə də tarix boyu böyük liderlər, fatehlər ordu quruculuğuna böyük önəm verib, bunsuz dövlətçiliyin mövcud olmayacağına şübhə etməyiblər. 1991-ci il sentybrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə cəmi 4 gün əvvəl sədr seçilmiş ümummilli lider Heydər Əliyevin blokada şəraitində çətin fəaliyyətə ilk olaraq ordu quruculuğundan başlaması məhz bu zərurətdən yaranmışdı.

34 il əvvəl bu gün Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilmiş tarixi qərarla muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi üçün Dövlət Müdafiə Komitəsinin yaradılması müstəqilliyin astanasında Azərbaycanda Milli Ordu quruculuğu prosesinin əsasını qoydu. Həmin dövrdə muxtar respublika faktiki olaraq Ermənistanın irimiqyaslı təcavüzü ilə üz-üzə qalmışdı. Bakıda iflic vəziyyətə düşmüş mərkəzi hakimiyyətin Naxçıvana ögey münasibəti vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Muxtar respublikanın sərhədyanı yaşayış məntəqələrinə, xüsusilə Sədərəyə aramsız hücumların qarşısı yalnız əhalinin birliyi və Müdafiə Komitəsinin məhdud imkanları sayəsində alınırdı.

Dövlət Müdafiə Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi Urfullah Qurbanovun “Xüsusi tapşırıq” adlı kitabında qeyd olunur ki, həmin dövrdə vətənpərvər insanların sayəsində təkcə Naxçıvandan deyil, ölkəmizin digər bölgələrindən, xüsusilə, Gəncəbasar zonasından bu komitəyə böyük yardımlar olunurdu. Həmin dövrdə Gəncədən yüzlərlə ton silah-sursat Naxçıvana göndərilmiş, hətta bu qədim diyarda Naxçıvana Yardım Xeyriyyə Cəmiyyəti də təşkil edilmişdi.

Sonralar Ali Məclisin Sədri Heydər Əliyev cəmiyyət üzvlərinə belə bir teleqram da ünvanlamışdı: “Möhtərəm bacılar və qardaşlar! Gəncə şəhərində Naxçıvana Yardım Xeyriyyə Cəmiyyətinin yaranması qədim Naxçıvan diyarında böyük hörmət və minnətdarlıq hissi ilə qarşılanmışdır. Cəmiyyətin üzvlərinə, Gəncə şəhər sakinlərinə naxçıvanlıların salamını və dərin məhəbbətini bildiririk. Həmrəylik və yardım üçün minnətdarıq. Gələcək fəaliyyətinizdə uğurlar, Azərbaycanın qədim diyarları – Gəncə və Naxçıvan arasında qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etməsini arzulayırıq. Bütün gəncəlilərə cansağlığı, səadət diləyirik!”

Yeri gəlmişkən, Gəncənin mərd, vətənpərvər oğullarından ibarət “Gəncə taboru”nun yaradılması təklifini də Naxçıvana rəhbərliyi öz üzərinə götürmək məcburiyyətində qalmış Heydər Əliyev dərhal dəstəkləmişdi. Həmin taboru Naxçıvan Dövlət Müdafiə Komitəsinin sədri Elman Abbasov rəsmi qeydiyyatdan keçirdikdən sonra Gəncə dəstəsi Sədərək döyüşlərində iştirak etmişdi. Döyüşlərdən sonra Heydər Əliyev Sədərəkdə böyük hünər göstərmiş taborun əsgərlərini mükafatlandırmış, komandir Elşən Əliyevə isə “Qaz-24” avtomobili hədiyyə etmişdi.

Ümumiyyətlə, Naxçıvan Dövlət Müdafiə Komitəsi həmin dövrdə muxtar respublikda mövcud olan keçmiş SSRİ silahlı qüvvələrinin şəxsi heyətinin yola salınmasında, hərbi hissələrdən silah-sursatların təhvil alınmasında, bir sözlə muxtar respublikanın təhlükəsizliyinin təmin olunmasında böyük rol oynamışdı. 15 sentyabr 1992-ci ildə isə Müdafiə Komitəsinin bazasında 5-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada yaradılmış və 1992-ci il oktyabrın 9-da Naxçıvanda ilk dəfə hərbi parad keçirilmişdi. 21 may 1995-ci ildə həmin briqada motoatıcı diviziyaya, 8 dekabr 1998-ci ildə Ordu Korpusuna, 18 dekabr 2013-cü ildə isə Əlahiddə Ümumqoşun Orduya çevrilmişdi.

Beləliklə, müstəqilliyimizin ilk günlərindən muxtar respublika əhalisinin ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşməsi və Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Naxçıvan düşmən hücumlarından qorunmuşdu. Xalqın təkidli tələbi ilə dünya miqyaslı siyasətçi dövlət xadimi Heydər Əliyevin 1993-cü ilin böhranlı, fəlakətli günlərində Azərbaycanda hakimiyyətə qayıdışından sonra isə bütün ölkədə ictimai-siyasi sabitlik təmin edilmiş, ordu quruculuğunda genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılmışdı.

22 ildir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ümummilli liderin möhkəm əsaslar üzərində yaratdığı ordu quruculuğunu uğurla davam etdirir. Ötən dövrdə ölkəmizdə bu istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasını da əsaslı surətdə əhatə etmişdir. Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin nümunəvi təşkili, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin görülməsi daim dövlət başçısının diqqətindədir.

Ali Baş Komandan qədim diyarda Əlahiddə Ümumqoşun Ordunun yaradılması barədə danışarkən demişdir: "Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda döyüş potensialı ən yüksək səviyyədə olmalıdır".

Hələ Vətən müharibəsindən əvvəl – 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi və hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu Günnüt əməliyyatı Azərbaycan əsgərinin rəşadət əzmini bütün dünyaya nümayiş etdirdi. Həmin vaxt Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi və həmin ərazilər ordumuzun nəzarəti altına keçdi. 2020-ci ilin sentyabr ayında başlayan Vətən müharibəsində isə Silahlı Qüvvələrimizin digər hissələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasından da bəzi hərbi hissələr torpaqlarımızın işğaldan azad edilməsində böyük rol oynadı. Vətən müharibəsində qazandığımız Böyük Zəfərin nəticələrini isə indi daha aydın görür və dərk edirik.

Ötən əsrin 90-cı illərində Naxçıvandan başlanan milli ordu quruculuğu prosesi, həm də ölkəmizdə xalq-ordu birliyinin əsasını qoydu. Məhz bu birlik sayəsində işğal altında qalan torpaqlarımız azad edildi. Bu birlik sayəsində 44 günlük Vətən müharibəsində heç bir şəhid anası, şəhid bacısı ağlamadı, hər kəs döyüşü sonadək davam etdirməyi seçdi. Çünki ordumuzun gücünə, xalqımızın birliyinə inam sonsuz idi və bu inam da bizi Böyük Zəfərə götürdü. Məhz əldə etdiyimiz bu Zəfərin sayəsində dünya təkcə ordumuzu yox, xalqımızı da yaxından tanıdı.

Beləliklə, 1991-ci il sentyabrın 7-də Ulu öndər Heydər Əliyevin Naxçıvanda qoyduğu təməl üzərində ucaldılmış milli müdafiə quruculuğu bugünkü müstəqil və güclü Azərbaycanın ən yeni tarixinin parlaq səhifəsini təşkil edir.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Sentyabr 2025 07:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri