Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanlı döyüşçü Nazim Sadıqov Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünü keçirəcək.
Oxu.Az-ın məlumatına görə, o, Bakı vaxtı ilə fevralın 16-sı saat 4:00-da döyüşə çıxacaq.
N.Sadıqovun UFC-də yüngül çəki dərəcəsindəki rəqibi braziliyalı İsmael Bonfim olacaq. İsmael yerli azarkeşlərə tanış rəqibdir.
O, UFC-yə aparan yolda - "Dana White's Contender Series"də Azərbaycan təmsilçisi Nəriman Abbasovu məğlub edib.
Qeyd edək ki, döyüş ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçiriləcək. Bu, Sadıqovun UFC-də dördüncü döyüşü olacaq.
O, oktaqonda iki qələbə, bir heç-heçə ilə yadda qalıb. Nazimin rəqibi isə keçirdiyi üç döyüşün ikisində qələbə qazanıb, bir məğlubiyyəti var
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.