Nazim Sadıqov UFC də növbəti döyüşünə çıxır Nərimanı məğlub edən braziliyalıya qarşı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanlı döyüşçü Nazim Sadıqov Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünü keçirəcək.
Oxu.Az-ın məlumatına görə, o, Bakı vaxtı ilə fevralın 16-sı saat 4:00-da döyüşə çıxacaq.
N.Sadıqovun UFC-də yüngül çəki dərəcəsindəki rəqibi braziliyalı İsmael Bonfim olacaq.
İsmael yerli azarkeşlərə tanış rəqibdir. O, UFC-yə aparan yolda - "Dana White's Contender Series"də Azərbaycan təmsilçisi Nəriman Abbasovu məğlub edib.
Qeyd edək ki, döyüş ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçiriləcək.
Bu, Sadıqovun UFC-də dördüncü döyüşü olacaq. O, oktaqonda iki qələbə, bir heç-heçə ilə yadda qalıb. Nazimin rəqibi isə keçirdiyi üç döyüşün ikisində qələbə qazanıb, bir məğlubiyyəti var.
Bu mövzuda digər xəbərlər:Tofiq Musayev UFC də növbəti döyüşünə çıxır
28 Mart 2026 14:38
Nazim Sadıxov UFC də növbəti döyüşünə çıxacaq FOTO
03 Sentyabr 2026 02:12
Rafael Fiziyev növbəti döyüşünə çıxır
05 May 2026 16:45
Nazim Sadıqov Bakıda kimlə qarşılaşacaq?
12 May 2026 17:25
Nazim Sadıxovun UFC də növbəti rəqibi müəyyənləşib
03 Sentyabr 2026 16:09
Baxış sayı:153
Bu xəbər 15 Fevral 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















