Nazir: Bu il 20 min müəllim sertifikatlaşdırmaya cəlb ediləcək | Icma.az
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. “Bizim islahat istiqamətlərimiz aydınıdır.
Bu il təxminən, 20 min müəllim sertifikatlaşdırmaya cəlb olunacaq”.Bakupost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, məktəblərin publik hüquqi şəxsə çevrilməsi təşkilati məsələdir: “Gələcəkdə bu məktəblərin fəaliyyətinin genişləndirilməsi, daha çox nailiyyət əldə etməsi mənasına da gələ bilər.
Hazırda məktəblər regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərirlər.Məktəbin özünün hüquqi şəxs kimi formalaşması onun idarəsini də təkmilləşdirir.
Bu gediləsi uzun yoldur. Bizim hazırda gördüyümüz iş transformasiya olaraq prosesi həyata keçirməkdir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu