Nazir: Bu il 20 min müəllim sertifikatlaşdırmaya cəlb ediləcək
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bizim islahat istiqamətlərimiz aydınıdır. Bu il təxminən, 20 min müəllim sertifikatlaşdırmaya cəlb olunacaq”.
Bakupost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məktəblərin publik hüquqi şəxsə çevrilməsi təşkilati məsələdir: “Gələcəkdə bu məktəblərin fəaliyyətinin genişləndirilməsi, daha çox nailiyyət əldə etməsi mənasına da gələ bilər. Hazırda məktəblər regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərirlər.
Məktəbin özünün hüquqi şəxs kimi formalaşması onun idarəsini də təkmilləşdirir. Bu gediləsi uzun yoldur. Bizim hazırda gördüyümüz iş transformasiya olaraq prosesi həyata keçirməkdir”.
Baxış sayı:81
Bu xəbər 08 Aprel 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















