Nazir müavini: COP29un təkilatçısı olan Azərbaycanın təşəbbüslərini dəstəkləyirik | Icma.a…
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qlobal iqlim gündəmini və Paris sazişini nəzərə alaraq, Qazaxıstan 2030-cu ilə qədər enerji sistemində bərpa olunan enerjinin 15 faiz payına nail olmağı planlaşdırır.
APA xəbər verir ki, COP29 çərçivəsində təşkil edilən Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda Qazaxıstanın energetika nazirinin müavini İlyas Baxıtjan bildirib.
Onun sözlərinə görə, 2050-ci ilə qədər ölkə qeyd olunan göstəricini 50%-ə çatdırmağı planlaşdırır. Hazırda isə bu rəqəm 6% təşkil edir.
“Qazaxıstan inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir, ona görə də əhalinin və iqtisadiyyatın elektrik enerjisi istehlakının artımını nəzərə alsaq, qarşımızda yeni enerji potensialının yaradılması vəzifəsi durur.
Enerji balansına əsasən, 2035-ci ilədək 26 QVt elektrik enerjisi gücü istismara veriləcək ki, burada bərpa olunan mənbələrin payı 25% təşkil edəcək.
Bununla yanaşı, biz ədalətli enerji keçidinə sadiq qalmağa böyük diqqət yetiririk”, - İlyas Baxıtjan qeyd edib.
Onun sözlərinə görə, karbon neytrallığına nail olmaq istiqamətində qlobal tendensiyaları nəzərə alan Qazaxıstan milli şəraitə, maraqlara və sosial-iqtisadi amillərə uyğun olaraq həm ənənəvi, həm də alternativ enerji mənbələrini inkişaf etdirməklə balanslaşdırılmış və ardıcıl enerji keçidinə üstünlük verir.
Tam oxu
Xəbəri oxu