Icma.az
close
up
RU
Nazir müavini: COP29un təkilatçısı olan Azərbaycanın təşəbbüslərini dəstəkləyirik

Nazir müavini: COP29un təkilatçısı olan Azərbaycanın təşəbbüslərini dəstəkləyirik

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qlobal iqlim gündəmini və Paris sazişini nəzərə alaraq, Qazaxıstan 2030-cu ilə qədər enerji sistemində bərpa olunan enerjinin 15 faiz payına nail olmağı planlaşdırır.

APA xəbər verir ki, COP29 çərçivəsində təşkil edilən Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda Qazaxıstanın energetika nazirinin müavini İlyas Baxıtjan bildirib.

Onun sözlərinə görə, 2050-ci ilə qədər ölkə qeyd olunan göstəricini 50%-ə çatdırmağı planlaşdırır. Hazırda isə bu rəqəm 6% təşkil edir.

“Qazaxıstan inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir, ona görə də əhalinin və iqtisadiyyatın elektrik enerjisi istehlakının artımını nəzərə alsaq, qarşımızda yeni enerji potensialının yaradılması vəzifəsi durur. Enerji balansına əsasən, 2035-ci ilədək 26 QVt elektrik enerjisi gücü istismara veriləcək ki, burada bərpa olunan mənbələrin payı 25% təşkil edəcək. Bununla yanaşı, biz ədalətli enerji keçidinə sadiq qalmağa böyük diqqət yetiririk”, - İlyas Baxıtjan qeyd edib.

Onun sözlərinə görə, karbon neytrallığına nail olmaq istiqamətində qlobal tendensiyaları nəzərə alan Qazaxıstan milli şəraitə, maraqlara və sosial-iqtisadi amillərə uyğun olaraq həm ənənəvi, həm də alternativ enerji mənbələrini inkişaf etdirməklə balanslaşdırılmış və ardıcıl enerji keçidinə üstünlük verir.

İlyas Baxıtjan bildirib ki, Qazaxıstan 2060-cı ilə qədər yaşıl enerjini aktiv şəkildə inkişaf etdirməyi və karbon neytrallığına nail olmağı hədəfləyir. Qazaxıstanda perspektivli sahələrdən biri bərpa olunan enerjinin inkişafı və külək enerjisi istehsalı obyektlərinin tikintisidir.

Nazir müavini vurğulayıb ki, COP29 çərçivəsində Qazaxıstan və Çin Xalq Respublikası hökumətləri arasında bərpa olunan enerji mənbələri sahəsində iri layihələrin həyata keçirilməsinə dai rsənədlər, “Masdar" şirkəti ilə də iri layihələrin həyata keçirilməsinə dair investisiya sazişləri imzalanıb. Bu layihələrə ümumi investisiyanın təxminən 3,7 mlrd. ABŞ dolları olacağı gözlənilir.

“Biz ümumilikdə COP29-un təkilatçısı olan Azərbaycan tərəfinin təşəbbüslərini dəstəkləyirik, niyyətlərimiz də imzalanmış sənədlərlə təsdiqlənir”, - İlyas Baxıtjan qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Noyabr 2024 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see255

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see213

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see151

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see147

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see131

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see126

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see124

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri