Nazir: Müəllim dərs dediyi şagirdin həm də repititorudursa, bu, peşə etikasından uzaqdır |…
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məktəbdə öz şagirdinə dərs deyən müəllim həm də onun repititorudursa bu peşə etikasından uzaqdır.
“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, repititorluq valideynin seçimidir: "Repititorluq seçimində fərqli arqumentlər ola bilər.
Misal olaraq, məktəb o qədər pis tədris verir ki, valideyn məcbur qalıb repititor seçir.
Yaxud ali təhsilə hazırlıq üçün əlavə müəllim seçimi edilir.
Çünki məktəbdə 17 fənn keçilir, amma repititor sırf universitetə qəbul üçüb lazım olan fənlərə fokuslanır.
Başqa bir səbəb də o ola bilər ki, valideyn işləyir və övladının dərsi günorta bitir.
Tam oxu
Xəbəri oxu