Icma.az
close
up
RU
Nazir: Müəllim dərs dediyi şagirdin həm də repititorudursa, bu, peşə etikasından uzaqdır

Nazir: Müəllim dərs dediyi şagirdin həm də repititorudursa, bu, peşə etikasından uzaqdır

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məktəbdə öz şagirdinə dərs deyən müəllim həm də onun repititorudursa bu peşə etikasından uzaqdır.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, repititorluq valideynin seçimidir:

"Repititorluq seçimində fərqli arqumentlər ola bilər. Misal olaraq, məktəb o qədər pis tədris verir ki, valideyn məcbur qalıb repititor seçir. Yaxud ali təhsilə hazırlıq üçün əlavə müəllim seçimi edilir. Çünki məktəbdə 17 fənn keçilir, amma repititor sırf universitetə qəbul üçüb lazım olan fənlərə fokuslanır.

Başqa bir səbəb də o ola bilər ki, valideyn işləyir və övladının dərsi günorta bitir. O da düşünür ki, övladını günün sonuna qədər hara qoysun. Ev tapşırıqlarını elə hazırlıqda tamamlasın və evdə dərs etməsin. Belə halların sayı əsasən aşağı siniflərdə daha çoxdur.

Yaxud valideyn evdə rus dilində danışa bilmir, amma övladını rus bölməsinə qoyur. Sonradan başa düşür ki, övladı dərsi başa düşmür və repititor yanına qoymağa məcbur olur. Hətta dəbə görə repititor yanına gedən də var".

Onun sözlərinə görə, repititor da məktəb müəllimidir:

"Eyni müəllim necə ola birər ki, məktəbdə pis tədris verir, amma evdə yaxşıdır? Hesab edirəm ki, bu işdə əsas məsələ vicdandır.
Cəmiyyətin də buna qınağı olmalıdır. Məktəbdə öz şagirdinə dərs deyən müəllim həm də onun repititorudursa bu peşə etikasından uzaqdır. Bu ayıbdır. Müəllim olaraq işini görüb dövlətdən maaş alırsa dərs dediyi şagirdə də bunu düzgün öyrətməlidir".

E.Əmrullayev məktəbdaxili repititorluq fəaliyyətini qəbul etmədiyini qeyd edib:

"Nə qədər ki, ali təhsilə dırnaqarası yalnız savadlı və ağıllılar qəbul olacaq düşüncəsi ilə baxsaq Repititorluq qaçılmaz olacaq. Ali təhsilə giriş asanlaşdırılmalıdır. Əsas olan ali təhsili bitirmək məsələsidir. Bu gün ali təhsil almaq elə də asan deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri