Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır. Ukrayna ölkə ərazisində hərbi əməliyyatlar aparıldığı bir vaxtda NATO-ya üzv olmağa
Bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa Brüsseldə alyansa üzv ölkələrin xarici işlər nazirlərinin iclasının keçirildiyi brifinqdə dey
"Həqiqətən də, ərazisində hərbi əməliyyatlar aparılan bir ölkənin NATO-ya üzv olması imkanından danışmaq çətindir.
Bu, NATO-nun bəzi ölkələrinin mövqeyidir ki, onları birbaşa müharibəyə cəlb edə biləcəyini düşünürlər.
Ukrayna buna can atmır", - XİN başçısı bildirib. A.Sibiqa vurğulayıb ki, bu, Ukrayna üçün strateji məsələdir.
O, həmçinin qeyd edib ki, NATO-nun Vilnüs və Vaşinqtonda keçirilmiş sammitləri Ukraynanın NATO-ya üzvlüyünün qaçılmazlığını aydın şəkildə təsdiqləyib.
A.Sibiqanın sözlərinə görə, tərəfdaşlarla təhlükəsizlik sahəsində ikitərəfli sazişlər NATO-ya üzvlük yolunda ölkənin mövqelərini gücləndirir.
///report Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.