Nazir: Ukraynanın NATOya daxil olması üçün münasib vaxt deyil Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Ukrayna ölkə ərazisində hərbi əməliyyatlar aparıldığı bir vaxtda NATO-ya üzv olmağa can atmır.
Bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa Brüsseldə alyansa üzv ölkələrin xarici işlər nazirlərinin iclasının keçirildiyi brifinqdə deyib.
"Həqiqətən də, ərazisində hərbi əməliyyatlar aparılan bir ölkənin NATO-ya üzv olması imkanından danışmaq çətindir. Bu, NATO-nun bəzi ölkələrinin mövqeyidir ki, onları birbaşa müharibəyə cəlb edə biləcəyini düşünürlər. Ukrayna buna can atmır", - XİN başçısı bildirib.
A.Sibiqa vurğulayıb ki, bu, Ukrayna üçün strateji məsələdir.
O, həmçinin qeyd edib ki, NATO-nun Vilnüs və Vaşinqtonda keçirilmiş sammitləri Ukraynanın NATO-ya üzvlüyünün qaçılmazlığını aydın şəkildə təsdiqləyib.
A.Sibiqanın sözlərinə görə, tərəfdaşlarla təhlükəsizlik sahəsində ikitərəfli sazişlər NATO-ya üzvlük yolunda ölkənin mövqelərini gücləndirir.
///report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 04 Dekabr 2024 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















