Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Məktəbin içində repetitorluğun olması gündəmdədir və bunu düzgün hesab etmirik”. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, repetitorluğun bir neçə səbəbi var: “Biri odur ki, şagirdlər ali məktəbə qəbul üçün hazırlaşırlar.
Məktəbdə 17 fənn tədris olunur, repetitor isə bir neçə fənn üzrə hazırlıq keçir.
Xüsusilə rus bölməsində övladı təhsil alan valideynlər azyaşlıları dərsdən sonra məşğul olması üçün repetitor yanına göndərirlər.
Valideynlər evdə rus dilində danışmırlar. Bu halda müəllim yanına aparır ki, uşağına dəstək olsun. Repetitorlar məktəb müəllimləridir.
Necə ola bilər ki, müəllim olanda pisdir, amma repetitor olanda yaxşı olur?! Bunun necəliyini qəbul edə bilmirəm. Bu, vicdan məsələsidir”.
Nazir əlavə edib ki, repetitorluq və məktəbdən sonrakı fəaliyyət fərqli məsələlərdir: “Uşaq olimpiadaya hazırlığa gedirsə, bu, repetitorluq deyil, amma sırf imtahana hazırlıq üçün gedirsə, bu, artıq repetitorluqdur”.