Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Nazirin qalmaqallı “vicdan” açıqlaması: “Özünün də böyük “xidməti” var

Nazirin qalmaqallı “vicdan” açıqlaması: “Özünün də böyük “xidməti” var

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Məktəbin içində repetitorluğun olması gündəmdədir və bunu düzgün hesab etmirik”. 

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. 

Onun sözlərinə görə, repetitorluğun bir neçə səbəbi var: 

“Biri odur ki, şagirdlər ali məktəbə qəbul üçün hazırlaşırlar. Məktəbdə 17 fənn tədris olunur, repetitor isə bir neçə fənn üzrə hazırlıq keçir. 

Xüsusilə rus bölməsində övladı təhsil alan valideynlər azyaşlıları dərsdən sonra məşğul olması üçün repetitor yanına göndərirlər. Valideynlər evdə rus dilində danışmırlar. Bu halda müəllim yanına aparır ki, uşağına dəstək olsun. Repetitorlar məktəb müəllimləridir. Necə ola bilər ki, müəllim olanda pisdir, amma repetitor olanda yaxşı olur?! Bunun necəliyini qəbul edə bilmirəm. Bu, vicdan məsələsidir”.

Nazir əlavə edib ki, repetitorluq və məktəbdən sonrakı fəaliyyət fərqli məsələlərdir:

“Uşaq olimpiadaya hazırlığa gedirsə, bu, repetitorluq deyil, amma sırf imtahana hazırlıq üçün gedirsə, bu, artıq repetitorluqdur”. 

Qeyd edək ki, bu gün ölkədə repetitorluq fəaliyyəti geniş yayılıb. Şagirdlər demək olar ki, ibtidai sinifdən başlayaraq repetitor xidmətindən yararlanırlar. Valideynləri düşündürən həm də odur ki, övladını məktəbə göndərsə də, dərsdən sonra şagirdin repetitor yanına getməsi üçün əlavə xərc çəkməli olur. 

Əgər məktəbdə dərs yüksək səviyyədə tədris olunsa, repetitora ehtiyac qalmaz. 

Müəllimlərin məktəbdə dərs keçməyib, repetitor kimi fəaliyyət göstərməsi doğrudanmı vicdan məsələsidir, yoxsa bunun başqa səbəbləri var? 

Təhsil üzrə ekspert Elşən Qafarov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan təhsili idarəolunmaz vəsiyyətdədir:

“Bu gün Azərbaycan təhsili təlimlərdən, layihələrdən və imtahanlardan ibarətdir. 

O ki qaldı repetitorluğa, onu yaradan səbəblər var. Bu gün məktəbdə təhsl mühiti aradan qalxıb. Ona görə ki, Dövlət İmtahan Mərkəzinin hazırkı imtahan modeli, yəni quplara salınan imtahan modeli ilə imtahanların tədris ilinin başa çatmasına 13-14 həftə qalmış keçirilməsi nəticə etibarilə ümumtəhsl məktəblərində repetitorluğa geniş rəvac verir. Nazir deyib ki, müəllim dərs dediyi uşağa repetitorluq edirsə, bu, vicdan məsələsidir. 

Nazir son 12 ilini aparıcı vəzifələrdə çalışıb və onun 5 ilini nazir kimi işləyib. Əgər biz günahkar axtarırıqsa, birinci növbədə güzgüyə baxmalıyıq. 

Belə düşüncə yaranıb ki, əgər mən uşağımı həmin müəllimin yanına deyil, başqa bir müəllimin yanına hazırlığa göndərsəm, cəmiyyət də deyəcək ki, o, yaxşı müəllim olsa, birinci onun öz şagirdləri yanına gedər. Repetitorluğu yaradan səbəbləri aradan qaldırmadan, repetirorluğun özünü aradan qaldırmaq mümkün deyil”. 

Ekspertin fikrincə, repetitorluğu aradan qaldırmaq üçün birinci növbədə təhsil mühitini ümumtəhsil məktəblərinə qaytarmaq lazımdır: 

“Təhsil mühitini məktəblərə qaytarmaq üçün təhsil sistemini təhsil adamları idarə etməlidir. Son 10 gündə nazirliyin təyinatlarına baxaq. Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vaxtilə şəkər zavodunda işləyən bir şəxsdi, ümumi təhsillə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. 

Bu, vicdan məsələsidir? İki gün öncə nazirlikdə ümumtəhsil siyasəti şöbəsinə Dəniz vağzalında inzibati işdə çalışmış bir nəfəri təyin ediblər ki, onun da təhsillə heç bir əlaqəsi yoxdur. Bu, vicdan məsələsidir? Danışmaq çox asandır. 

Hazırda təhsilin bu vəziyyətə düşməsində, repetitorluğun bu qədər geniş yayılmasında təhsil idarəetmə qurumlarının repetitorların arxasında gizlənməsi, yəni repetitorların əldə etdiyi nəticələrin ümumtəhsil məktəblərinə, təhsil sisteminə yazılmasında Emin Əmrullayevin özünün də böyük “xidmətləri” var. Ona görə düşünürəm ki, nazirin bu sözləri populizimdən başqa bir şey deyil”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Fevral 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see158

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see149

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see147

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see140

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri