Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 28 dekabr, AZƏRTAC Minalardan əziyyət çəkən ölkə kimi Azərbaycan bu problemin aradan qald
Azərbaycan bu məqsədlə ikitərəfli və çoxtərəfli formatlarda diplomatik fəallıq göstərib, BMT, UNESCO, Avropa İttifaqı, NATO daxil olmaqla be
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.
Bildirilib ki, artıq ənənə halını almış, humanitar minatəmizləmə mövzusunda Bakıda illik əsasda keçirilən beynəlxalq konfrans bu sahədə mühüm dialoq formatına çevrilib.
Mayın 30-31-də Azərbaycan və BMT-nin birgə təşkilatçılığı ilə Zəngilan və Bakı şəhərlərində “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsizlik və yaşıl gələcəyə doğru resursların səfərbər edilməsi” mövzusunda 3-cü beynəlxalq konfrans keçirilib.
Noyabr 4-8-də Ümumdünya Şəhərsalma Forumunun Qahirədə keçirilmiş 12-ci iclasında ölkəmiz fəal iştirak edib, işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə, bərpa və yenidənqurma fəaliyyətlərinə dair ətraflı məlumat verilib.
Sentyabrın 18-də BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində gündəliyin “Bütün insan hüquqlarının, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların, o cümlədən inkişaf hüququnun təşviqi və qorunması” adlı 3-cü bəndi altında Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “Minaların və digər partlamamış sursatların insan hüquqlarına təsirləri” adlı bəyanata 66 ölkə həmmüəllif qismində qoşulub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.