Icma.az
close
up
RU
Nazirlik: Azərbaycan mina problemin aradan qaldırılması üçün diplomatik fəallıq göstərib AZƏRTAC

Nazirlik: Azərbaycan mina problemin aradan qaldırılması üçün diplomatik fəallıq göstərib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 28 dekabr, AZƏRTAC

Minalardan əziyyət çəkən ölkə kimi Azərbaycan bu problemin aradan qaldırılması üçün aparılan genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə beynəlxalq səviyyədə məlumatlandırma işini və humanitar minatəmizləmə əməliyyatlarına beynəlxalq yardımın cəlb olunması istiqamətində səylərini davam etdirib. Azərbaycan bu məqsədlə ikitərəfli və çoxtərəfli formatlarda diplomatik fəallıq göstərib, BMT, UNESCO, Avropa İttifaqı, NATO daxil olmaqla beynəlxalq təşkilatlar və bir sıra ölkələrlə ərazilərimizdəki mina probleminin aradan qaldırılması üzrə əməkdaşlıq yolları barədə dialoqu davam etdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.

Bildirilib ki, artıq ənənə halını almış, humanitar minatəmizləmə mövzusunda Bakıda illik əsasda keçirilən beynəlxalq konfrans bu sahədə mühüm dialoq formatına çevrilib. Mayın 30-31-də Azərbaycan və BMT-nin birgə təşkilatçılığı ilə Zəngilan və Bakı şəhərlərində “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsizlik və yaşıl gələcəyə doğru resursların səfərbər edilməsi” mövzusunda 3-cü beynəlxalq konfrans keçirilib. Noyabr 4-8-də Ümumdünya Şəhərsalma Forumunun Qahirədə keçirilmiş 12-ci iclasında ölkəmiz fəal iştirak edib, işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə, bərpa və yenidənqurma fəaliyyətlərinə dair ətraflı məlumat verilib. Sentyabrın 18-də BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində gündəliyin “Bütün insan hüquqlarının, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların, o cümlədən inkişaf hüququnun təşviqi və qorunması” adlı 3-cü bəndi altında Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “Minaların və digər partlamamış sursatların insan hüquqlarına təsirləri” adlı bəyanata 66 ölkə həmmüəllif qismində qoşulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri