Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Lənkəran rayon sakini Hüseynova Səriyyə Rəhman qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçi bildirir ki, işlə təmin olunmaq üçün dəfələrlə Lənkəran Rayon İcra hakimiyyətinə müraciət etsə də, ona heç bir köməklik edilmir: “Mən sizin sayt vasitəsilə bu şikayətimi yüksək qurumlara çatdırmaq istəyirəm.
Bildirim ki, 2010-cu ildə həyat yoldaşım rəhmətə gedib. 2 qız övladım var, onlar da ailəlidirlər.
Qızımın birinin yoldaşı müharibə iştirakçısı olub, ayaqları yoxdur. Digərinin də maddi imkanı zəifdir, bu səbəbdən də mənə baxa bilmirlər.
Əllərindən gələni edirlər, amma onların da öz uşaqları var. Hazırda tək yaşayıram. 3 il idi süpürgəçi işləyirdim.
5 aydır işimə son veriblər. Kreditlərim var, ödəyə bilmirəm.
Tənha yaşayan bir qadın kimi İcra Hakimiyyətinə müraciət etsəm də, məni tənqid edirlər, köməklik göstərmirlər.