Icma.az
close
up
RU
NAZİRLİK MƏNİM 34O MANAT MAAŞIMA GÖZ QOYUB 58 yaşlı tənha qadın işdən qanunsuz olaraq çıxarılıb

NAZİRLİK MƏNİM 34O MANAT MAAŞIMA GÖZ QOYUB 58 yaşlı tənha qadın işdən qanunsuz olaraq çıxarılıb

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lənkəran rayon sakini Hüseynova Səriyyə Rəhman qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, işlə təmin olunmaq üçün dəfələrlə Lənkəran Rayon İcra hakimiyyətinə müraciət etsə də, ona heç bir köməklik edilmir:

“Mən sizin sayt vasitəsilə bu şikayətimi yüksək qurumlara çatdırmaq istəyirəm.

Bildirim ki, 2010-cu ildə həyat yoldaşım rəhmətə gedib. 2 qız övladım var, onlar da ailəlidirlər.

Qızımın birinin yoldaşı müharibə iştirakçısı olub, ayaqları yoxdur. Digərinin də maddi imkanı zəifdir, bu səbəbdən də mənə baxa bilmirlər. Əllərindən gələni edirlər, amma onların da öz uşaqları var.

Hazırda tək yaşayıram. 3 il idi süpürgəçi işləyirdim. 5 aydır işimə son veriblər. Kreditlərim var, ödəyə bilmirəm. Tənha yaşayan bir qadın kimi İcra Hakimiyyətinə müraciət etsəm də, məni tənqid edirlər, köməklik göstərmirlər.

Həm şəkər, həm də təzyiq xəstəsiyəm. "Kənd soveti"nin sədri Hüseynov İdris məni qərəzli şəkildə işdən çıxarıb. 58 yaşım var, xəstəxanaya getmək üçün icazə aldığım təqdirdə məni işdən azad ediblər. Səbəb isə hər kəsə bəllidir...

Bu yaşda pensiya, iş vermirlər. Bəs mən nə ilə dərman alım, nə yeyim ki, acından ölməyim? Evi ordan-burdan yığdığım odunla zorla qızdırıram. Məni bu yaşımda işsiz qoyanlar heçmi cəzalandırmayacaqlar?

Onu da qeyd edim ki, yoldaşımın sağlığında VÖEN açdırdıq, dövlətdən yardım aldıq. Daha sonra yoldaşım rəhmətə getdi, yardım kəsildi. İndi mənə bəhanə gətirərək deyirlər ki, sənin VÖEN-in açıq qalıb, bu səbəbdən nazirlik səni işdən çıxarıb. Yuxarda oturan səlahiyyətli qurumlar bir qadının aldığı 340 manat maaşa göz qoyublar? Hazırda tək-tənhayam, evim də soyuq, soyuducusu boş evimdə otururam". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Fevral 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see311

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri