Nazirlik rəsmisi: “UrbanVisions” gənclərin təcrübə mübadiləsinə şərait yaradacaq AZƏRTAC |…
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı,6 dekabr, AZƏRTAC Bu il Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərini dəstəkləmək məqsədilə elan olunan qrant müsabiqəsinə 150-yə yaxın layihə təqdim olunub.
Onlardan 75-i uyğun görülərək nazirlik tərəfindən maliyyələşdirilib.
Nazirlik daimi olaraq gənclər təşkilatlarının layihələrini dəstəkləyir və bu istiqamətdə müxtəlif qrant müsabiqələri həyata keçirir.
“UrbanVisions” Beynəlxalq Gənclər Forumu gənclərin urbanistika və şəhər planlaması sahəsində bilik və bacarıqlarını artırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin İctimai işlər sektorunun müdiri Elşən Qəhrəmanov jurnalistlərə açıqlamasında söyləyib.
O bildirib ki, nazirlik gənclər təşkilatlarının fəaliyyətlərinə daim dəstək göstərir: “Gənclər Təşkilatları Milli Şurası tərəfindən icra edilən “UrbanVisions” beynəlxalq layihəsi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Bu layihə çərçivəsində 11 ölkədən 70 gənc bir araya gəlib. Layihə üçgünlük tədbirlər planını əhatə edir və müxtəlif mərhələlərdə həyata keçi
Tam oxu
Xəbəri oxu