Nazirlik rəsmisi: “UrbanVisions” gənclərin təcrübə mübadiləsinə şərait yaradacaq AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı,6 dekabr, AZƏRTAC
Bu il Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərini dəstəkləmək məqsədilə elan olunan qrant müsabiqəsinə 150-yə yaxın layihə təqdim olunub. Onlardan 75-i uyğun görülərək nazirlik tərəfindən maliyyələşdirilib. Nazirlik daimi olaraq gənclər təşkilatlarının layihələrini dəstəkləyir və bu istiqamətdə müxtəlif qrant müsabiqələri həyata keçirir. “UrbanVisions” Beynəlxalq Gənclər Forumu gənclərin urbanistika və şəhər planlaması sahəsində bilik və bacarıqlarını artırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin İctimai işlər sektorunun müdiri Elşən Qəhrəmanov jurnalistlərə açıqlamasında söyləyib.
O bildirib ki, nazirlik gənclər təşkilatlarının fəaliyyətlərinə daim dəstək göstərir: “Gənclər Təşkilatları Milli Şurası tərəfindən icra edilən “UrbanVisions” beynəlxalq layihəsi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Bu layihə çərçivəsində 11 ölkədən 70 gənc bir araya gəlib. Layihə üçgünlük tədbirlər planını əhatə edir və müxtəlif mərhələlərdə həyata keçiriləcək”.
“Tədbirin ilkin mərhələsində gənclər üçün onlayn təlimlər keçiriləcək. Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq çərçivəsində seçilmiş iki məkanda praktiki təlimlər təşkil olunacaq. Layihənin əsas məqsədi Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş planına töhfə vermək və gənclər təşkilatlarının bu prosesdə aktiv iştirakını təmin etməkdir. Layihə çərçivəsində keçiriləcək tədbirlər həm yerli, həm də beynəlxalq səviyyədə gənclərin təcrübə mübadiləsinə şərait yaradacaq və onların gələcək şəhərsalma proseslərinə daha aktiv töhfə vermələrini təmin edəcək”, - deyə E.Qəhrəmanov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 06 Dekabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















