Icma.az bildirir, Footbal-plus portalına istinadən. Danışılmış oyunlar... Bunu həm də futbolun çirkli üzü adlandırsaq, yanılmarıq.
Biz hələ belə qorxunc məsələ üzündən “Şamaxı” ilə bağlı aparılan araşdırmaların cavabını gözləyirdik ki, ortaya “Mingəçevir”lə əlaqədar iddialar atıldı.
Daha doğrusu dekabrın 20-də “sportinfo.az” saytı məlumat yaydı ki, UEFA Azərbaycana məktub göndərib.
Avropa futbol qurumu həmin məktubda AFFA-nı 1-ci liqayla bağlı bəzi yeni bigilərlə tanış edib.
UEFA aşağı liqanın cari mövsümündə keçirilən 10-a yaxın oyunun nəticəsinin şübhəli olduğunu qeyd edib.
Burda adı ən çox çəkilən komanda isə “Mingəçevir”di. Deyəsən, “nur şəhəri”nin zülmət yaşamasında maraqlı şəxslər var - bu öz yerində.
Bəs komandada nə yaşanıb? Belə ki, UEFA-nın daxilində fəaliyyət göstərən araşdırma qurumu müxtəlif qanuni və qeyri-qanuni bukmeker kontorlar
Nəticədə məlum olub ki, “Mingəçevir”in məğlubiyyətlərinə böyük məbləğdə mərc edilib.