Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Nə AFFA danışır, nə klub rəhbərliyi, nə də Niftəliyev... bəs oyunlar danışılırmı?

Nə AFFA danışır, nə klub rəhbərliyi, nə də Niftəliyev... bəs oyunlar danışılırmı?

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Danışılmış oyunlar... Bunu həm də futbolun çirkli üzü adlandırsaq, yanılmarıq. Biz hələ belə qorxunc məsələ üzündən “Şamaxı” ilə bağlı aparılan araşdırmaların cavabını gözləyirdik ki, ortaya “Mingəçevir”lə əlaqədar iddialar atıldı.

Daha doğrusu dekabrın 20-də “sportinfo.az” saytı məlumat yaydı ki, UEFA Azərbaycana məktub göndərib. Avropa futbol qurumu həmin məktubda AFFA-nı 1-ci liqayla bağlı bəzi yeni bigilərlə tanış edib. UEFA aşağı liqanın cari mövsümündə keçirilən 10-a yaxın oyunun nəticəsinin şübhəli olduğunu qeyd edib. Burda adı ən çox çəkilən komanda isə “Mingəçevir”di.
Deyəsən, “nur şəhəri”nin zülmət yaşamasında maraqlı şəxslər var - bu öz yerində. Bəs komandada nə yaşanıb? Belə ki, UEFA-nın daxilində fəaliyyət göstərən araşdırma qurumu müxtəlif qanuni və qeyri-qanuni bukmeker kontorlarından məlumat toplayıb. Nəticədə məlum olub ki, “Mingəçevir”in məğlubiyyətlərinə böyük məbləğdə mərc edilib. Bilindiyi kimi, komanda son 10 turda mümkün 18 xaldan altısını toplaya bilib. SOCAR-ın sabiq funksioneri Adnan Əhmədzadənin himayəsinə götürmək istədiyi komanda bu nəticə ilə sonuncu - 10-cu pillədədi. Məhz bu məqam şübhələri bir qədər də artırmağa əsas verir...
Ardınca məsələylə bağlı daha dəhşətli xəbərlər dərc edildi. Məlum oldu ki, “Mingəçevir”in yeddi futbolçusu saxlanılıb. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmaya cəlb olunub. Hadisə komandadaxili iclasdan sonra baş verib. Oyunçular elə həmin toplantının ardından Mingəçevirdən Bakıya gətirilib. Söhbət Mövlan Kərimov, Xəyal Muradov, Xəyal Xudaverdiyev, Tural Məmmədzadə, Muxtar Nəzərli, Fuad Əhmədov və Elnur Mirzəyevdən gedir. Təbii ki, həmin futbolçularla əlaqə saxlamağa çalışdıq. Lakin cəhdlərimiz fayda vermədi. Elə komandanın bu həftə yollarını ayırdığı baş məşqçisi Ədəhim Niftəliyev də zəngləri cavabsız qoydu. O başqa məsələ ki, mütəxəssis “Futbol+”ə açıqlamasında klubdan rəsmi şəkildə ayrılmadığını, rəhbərlik isə müqaviləyə rəsmən xitam verildiyini deyib...
Mövzuya qayıdaq. Göründüyü kimi məsələ yetərincə ciddidi. Böyük ehtimalla yaxın günlərdə həm “Şamaxı”, həm də “Mingəçevir” ilə bağlı araşdırma başa çatacaq və ağla qaranı seçmək mümkün olacaq. Biz isə başverənlərlə bağlı klubun İdarə Heyətinin sədri Nurlan Əhmədovu danışdırmağa çalışdıq:

“Bütün bu xəbərlərlə bağlı onu deyə bilərəm ki, hansısa məlumat üçün AFFA-ya müraciət edin. Bizim heç nədən xəbərimiz yoxdu. Hər şey bir anda baş verdi. Gözlənilməz hadisələr yaşandı. Biz məlumatsızıq”.


Bəs AFFA nə deyir? Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədlinin açıqlaması:

“AFFA bu məsələlərdə daim sərt mövqe tutub və bundan sonra da oyunların manipulyasiya edilməsinə qarşı ciddi mübarizə aparacaq. Bəli, dediyiniz məsələdən xəbərdarıq. Sadəcə, hazırda araşdırma getdiyindən geniş açıqlama verə bilməyəcəyik. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.


Gözləyək...
KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Dekabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri