Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir. İş həyatı, gərginliklər, yorğunluqlar...
İşləyən ailələrin ən böyük problemlərindən biri də bir-birilərinə kifayət qədər vaxt ayıra bilməmələridir.
Xüsusilə də, əgər uşaqlar varsa, “ata-ana” rolu istər-istəməz “həyat yoldaşı” rolundan ön plana keçir.
Beləliklə, tərəflər arasında ünsiyyət demək olar ki, itir. Təəssüf ki, təsvir etdiyimiz bu tablo həyatda tez-tez baş verir.
Bu cür həyat tərzi, təbii olaraq, tərəflər arasında soyuqluğa səbəb olur. Vaxt keçdikcə ailədə ciddi problemlər meydana gəlir. Halbuki...
- İnsan həyatda bütün rollarında səmimi olmalıdır. Üstəlik, bir fərd kimi roldan-rola keçməyi də bacarmalıdır.
Yəni, iş həyatında işçi, uşaqlarının yanında ata (və ya ana), həyat yoldaşının yanında kişi (və ya qadın).
Əgər bu keçiddə hər hansı bir problem varsa, bu, əvvəlcə fərdin özünə, sonra isə qarşı tərəfə mənfi təsir göstərir.