Icma.az
close
up
RU
Nə qədər məşğul olsanız da, bir birinizə vaxt ayırın!

Nə qədər məşğul olsanız da, bir birinizə vaxt ayırın!

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


İş həyatı, gərginliklər, yorğunluqlar... İşləyən ailələrin ən böyük problemlərindən biri də bir-birilərinə kifayət qədər vaxt ayıra bilməmələridir. Xüsusilə də, əgər uşaqlar varsa, “ata-ana” rolu istər-istəməz “həyat yoldaşı” rolundan ön plana keçir.
Beləliklə, tərəflər arasında ünsiyyət demək olar ki, itir. Təəssüf ki, təsvir etdiyimiz bu tablo həyatda tez-tez baş verir. Bu cür həyat tərzi, təbii olaraq, tərəflər arasında soyuqluğa səbəb olur. Vaxt keçdikcə ailədə ciddi problemlər meydana gəlir. Halbuki...
- İnsan həyatda bütün rollarında səmimi olmalıdır. Üstəlik, bir fərd kimi roldan-rola keçməyi də bacarmalıdır. Yəni, iş həyatında işçi, uşaqlarının yanında ata (və ya ana), həyat yoldaşının yanında kişi (və ya qadın). Əgər bu keçiddə hər hansı bir problem varsa, bu, əvvəlcə fərdin özünə, sonra isə qarşı tərəfə mənfi təsir göstərir.
- Əgər ailənizdə ünsiyyəti bərpa etmək istəyirsinizsə, “Vaxtım yoxdur” bəhanəsinin arxasında gizlənməyin və bunu var gücünüzlə istəməyə çalışın.
- Bəziləri üçün ailə həyat tərzi yox, vərdişdir. Əgər bu vəziyyətə düşmək istəmirsinizsə, hər gün evli olduğunuzu xatırlayın və ailə həyatının müsbət cəhətlərini yada salın.
- Ailədə ünsiyyət üçün heç də uzun vaxta ehtiyac yoxdur. Bəzən mətbəxdə birlikdə yemək hazırlamaq və ya birlikdə kitab oxumaq da kifayətdir.
- Gün ərzində həyat yodaşınıza təkcə “Nə lazımdır?” sualı üçün yox, sırf onun üçün zəng edin.
- Çox məşğul olsanız da, arabir birlikdə gəzməyə çıxın. Bu, yarım saatlıq bir gəzinti və ya bir axşam yeməyi də ola bilər.
- Bir-birinizin əlamətdar günlərini xatırlamaq üçün işin az və ya çox olmasının bir fərqi yoxdur.
- Nə qədər yorğun olsanız da, axşamlar bir yerdə söhbət etməyi unutmayın. Hətta bu söhbət çox qısa olsa belə...
- Unutmayın ki, həyat yoldaşınızla ünsiyyətiniz nə qədər möhkəm olsa, bu, sizin həm həyat tərzinizə, həm də ailə səadətinizə müsbət təsir göstərər.
Aygün Vəliyeva
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 06 Dekabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri