“Nə siz bizə qonaq gəldiniz, nə biz sizə...” Leyla Azərdən yazdı | Icma.az
Olay.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Nə siz bizə qonaq gəldiniz, nə biz sizə...” - Leyla Azərdən yazdı Aparıcı Leyla Quliyeva mərhum aktyor Azər Baxşəliyevlə bağlı paylaşım edib.OLAY yazır ki, o, instaqramda bu sözləri yazıb:“Neçə vaxtdır ürək eləmirdim yazmağa… Hamı yazdı, hamı sağollaşdı.
Mənim əlim gəlmirdi, bəlkə də, vida mətni yazmağa… Ələlxüsus da Azər haqqında… Yazacaqlarım əslində Azəri tanıyanlar üçün deyil, daha çox tanımayanlar üçün, onu sadəcə ekrandan görənlər üçündür.
Heç kim əvəz olunmur. Kimsə kiminsə yerini vermir. Yaraların da hamısı sağalmır. Sadəcə qəbullanırsan. Çarəsizlikdən.
Heç nəyi dəyişə bilməyəcəyini anladığından… Qırx gün yox, lap qırx il keçsə də gözün axtarır.
Telefondan nə adını silirsən, nə yazışmalarınızı. Bir neçə gün əvvəl kanalımızın WhatsApp qrupuna gələn paylaşımı oxuyanda Azərin adını qrup
O qrupda Azər yenə bizimlədir. Otaqda da. Söhbətlərimizdə də. Ürəyimizdə də… Hər şeyi bir kənara qoysaq, Azər İnsan idi.
Tanıdığım ən təmiz, nəcib, saf, gözütox, dürüst və mədəni beş nəfərdən, bəlkə də üç nəfərdən biri idi o.
Tam oxu
Xəbəri oxu