Icma.az
close
up
RU
“Nə siz bizə qonaq gəldiniz, nə biz sizə...” Leyla Azərdən yazdı

“Nə siz bizə qonaq gəldiniz, nə biz sizə...” Leyla Azərdən yazdı

Olay.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Nə siz bizə qonaq gəldiniz, nə biz sizə...” - Leyla Azərdən yazdı

Aparıcı Leyla Quliyeva mərhum aktyor Azər Baxşəliyevlə bağlı paylaşım edib.

OLAY yazır ki, o, instaqramda bu sözləri yazıb:

“Neçə vaxtdır ürək eləmirdim yazmağa… Hamı yazdı, hamı sağollaşdı. Mənim əlim gəlmirdi, bəlkə də, vida mətni yazmağa… Ələlxüsus da Azər haqqında… Yazacaqlarım əslində Azəri tanıyanlar üçün deyil, daha çox tanımayanlar üçün, onu sadəcə ekrandan görənlər üçündür. Heç kim əvəz olunmur. Kimsə kiminsə yerini vermir. Yaraların da hamısı sağalmır. Sadəcə qəbullanırsan. Çarəsizlikdən. Heç nəyi dəyişə bilməyəcəyini anladığından… Qırx gün yox, lap qırx il keçsə də gözün axtarır. Telefondan nə adını silirsən, nə yazışmalarınızı. Bir neçə gün əvvəl kanalımızın WhatsApp qrupuna gələn paylaşımı oxuyanda Azərin adını qrup üzvlərinin içində gördüm. O qrupda Azər yenə bizimlədir. Otaqda da. Söhbətlərimizdə də. Ürəyimizdə də… Hər şeyi bir kənara qoysaq, Azər İnsan idi. Tanıdığım ən təmiz, nəcib, saf, gözütox, dürüst və mədəni beş nəfərdən, bəlkə də üç nəfərdən biri idi o. Sevinirəm ki, heç olmasa bir neçə ümumi işimiz oldu. Onu həm də son dərəcə istedadlı, maraqlı bir müəllif kimi tanıdım. Çox məsuliyyətli, dəqiq adam idi Azər. Dedisə – edəcək! Xəstəxanada olsa da, saysız-hesabsız müayinə, müalicə, iynə-dərmanlar onu haldan salsa da, ağrıdan ikiqat bükülsə də – edəcək! Sözünün ağası… Ağsaqqalı idi… Özü də bu, təkcə “qonorarlı” layihələrə aid deyildi. Təmənnasız, “xahiş”lə olan işlərə bəlkə də daha artıq həssaslığı vardı. Dost idi Azər. Bacarırdı, bilirdi dost olmağı. Bunu ən yaxın dostlarından, onların ağrısından da gördüm. Azərin yadigarlarına etdikləri o “Əmi payı”ndan da… Zülyadan danışanda xoşbəxt olurdu Azər. Üzü, gözləri gülürdü… Elə indi də hamının üzünü güldürən təsəllidir o balaca qız. Bir də Azərin xanımı – həyat yoldaşı, dostu… Tək özünün yox, Azərin də arzularını gerçəkləşdirmək üçün nə lazımsa, edəcək. Əminəm. O, iki nəfərlik missiyanı tək yerinə yetirəcək. “Tək ananın böyütdüyü qız” olmağın çətinliyindən də, məsuliyyətindən də, qürurundan da xəbərdardır… Xəbərdaram!… Bu qədər, Azər… Nə siz bizə qonaq gəldiniz, nə biz sizə. Heç o söz verdiyin “kofe” də içilmədi. Eybi yox, geci-tezi var. Bir gün mütləq görüşəcəyik… Ruhun şad olsun, Azər! Hələlik!…”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://olay.az
archiveBu xəbər 17 Fevral 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri