Nə statistika var, nə audit Ekspert Azəriqaz ı tənqid etdi | Icma.az
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azəriqaz"ın xərcləri, yığımı barədə saytında nə məlumat, nə hesabat və yaxud qaz təsərrüfatına dair beynəlxalq və ya yerli auditin rəyi yoxdur".
Qaynarinfo xəbər verir ki, bu barədə tanınmış neft üzrə ekspert İlham Şaban qaz limitləri barədə prosesi şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, "Azəriqaz" İB 2009-cu ildə SOCAR-a ona görə birləşdirildi ki, hökumət 17 il ərzində bu qurumun fəaliyyətində hansısa dönüş edə bilmədi: "Daim borc içində idi.
Hökumət də bir neçə ildən bir onun borclarını silsə də, yenidən yaranırdı.
Axırda qərara gəldi ki, həllin yolu onu elə qaz istehsalçısı ilə birləşdirməkdir. Bəs indi vəziyyət necədir?
16 il yarımdır ki, SOCAR-ın çətiri altında özünü necə hiss edir? Xərci yığdığını ödəyirmi? Bunu sözün düzü bilmirəm.
Çünki bu haqda saytında hansısa nə məlumat, nə hesabat və yaxud qaz təsərrüfatına dair beynəlxalq və ya yerli auditin rəyi yoxdur".
Tam oxu
Xəbəri oxu