Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Nə statistika var, nə audit Ekspert Azəriqaz ı tənqid etdi

Nə statistika var, nə audit Ekspert Azəriqaz ı tənqid etdi

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azəriqaz"ın xərcləri, yığımı barədə saytında nə məlumat, nə hesabat və yaxud qaz təsərrüfatına dair beynəlxalq və ya yerli auditin rəyi yoxdur".

Qaynarinfo xəbər verir ki, bu barədə tanınmış neft üzrə ekspert İlham Şaban qaz limitləri barədə prosesi şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, "Azəriqaz" İB 2009-cu ildə SOCAR-a ona görə birləşdirildi ki, hökumət 17 il ərzində bu qurumun fəaliyyətində hansısa dönüş edə bilmədi: 

"Daim borc içində idi. Hökumət də bir neçə ildən bir onun borclarını silsə də, yenidən yaranırdı. Axırda qərara gəldi ki, həllin yolu onu elə qaz istehsalçısı ilə birləşdirməkdir. Bəs indi vəziyyət necədir? 16 il yarımdır ki, SOCAR-ın çətiri altında özünü necə hiss edir? Xərci yığdığını ödəyirmi? Bunu sözün düzü bilmirəm. Çünki bu haqda saytında hansısa nə məlumat, nə hesabat və yaxud qaz təsərrüfatına dair beynəlxalq və ya yerli auditin rəyi yoxdur".


İlham Şaban deyib ki, qurumun rəsmi səhifəsində heç qaz statistikasına dair də məlumat yoxdur: 

"Rüb və il ərzində nə qədər əmtəəlik qaz alıb, qazın ən çox istehlak olunan və az işlədilən dövrləri, istehlakçı qrupları üzrə cəmi sərfiyyat və sair. Həmçinin texniki itkilər harda yaranır? (əsas hissəsi, niyə bu qədər itiririk, düzəltmək üçün əncam çkiləsi nə qədər pul-parə lazımdır). Heç nə yoxdur".

Ekspert bildirib ki, bunun əvəzində mediada yalnız "filan yerdə qaz kəsiləcək” başlıqlı xəbərdarlıq elanları var. İlham Şaban qeyd edib ki,  qiymətin ədalətli olması istənilən biznesdə vacib məsələdir və biznesin böyüməsinə yol açan amillərdən əsasıdır:

"Azərbaycanın daxili bazarında qaz qiymətləri əhali istehlakçıları arasında qeyri-bərabər münasibətləri qabardır. Qazın əhali qrupu üçün əsas funksiyası nədir? Qaz ilk növbədə qızınmaq mənbəyi rolunu oynayır. Bu isə öz növbəsində sağlamlığa və gigiyenik mükəmməlliyə yol açır. İndi baxaq görək, əhali qızınmaq üçün qazdan necə istifadə edir: dağ rayonlarında qızınmaq mövsümü 8-9 ay çəkir. Kəlbəcər, Daşkəsən, Gədəbəy kimi yerlərdə avqustda gecələr adamın dağ sərinliyindən dişi-dişinə dəyən günlər olur. Aran bölgəsində yaşayanın isə isinməyə 3-4 ay ehtiyacı olur. Canı qızmayan adama ƏDV yaradan məhsuldar qüvvə kimi baxmaq olarmı? Olar, amma onun məhsuldarlığı da aldığı enerji (isinməsi) qədər olacaq. Ona görə də hökumət təbii qazın daxili bazardakı roluna, qiymətinə və istehlak coğrafiyasına kompleks və iqtisadi yaradıcılıq prizmasından yanaşmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri