Necə gəldi tikilən, izolyasiyasız evlər: Hansı zərərverici qazlar xərçəng riskini artırır?…
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son günlərdə bəzi sosial media istifadəçiləri tərəfindən edilən paylaşımlarda bildirilir ki, Azərbaycanda xərçəngin geniş yayılmasının ən böyük səbəblərindən biri kürsülü evlər, izolyasiyasız zirzəmilərdən istifadə olunması, yaşayış mərtəbəsi ilə torpaq qatı arasında radon qazının qarşısını alan təbəqənin olmamasıdır.
Maraqlıdır, bəs görəsən, radon qazını yaradan amillər nədir? Deyildiyi qədər sağlamlıq üçün təhlükəlidirmi?
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Radiasiya Problemləri İnstitutunun fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov qeyd edib ki, radon heç bir iyə, dada, rəngə malik olmayan radioaktiv qazdır: "Yerdə təbii olaraq əmələ gələn bu radioaktiv qaz, demək olar ki, hər yerdə mövcuddur.
Kiçik konsentrasiyalarda radon qazı ətraf mühitə heç bir problem yaratmır.
Amma qatılığı yol verilən həddi keçdikdə, insanın nəfəs və qida orqanlarına düşdükdə sağlamlıq üçün ciddi təhlükə mənbəyinə çevrilir.
Təbiətdə radonun (Mendeleyev cədvəlində işarəsi Ra - red.) daha çox iki izotopuna rast gəlinir: radon-222 və radon-220.
Radon-222 uran-238 seriyasına aid olan Ra-226-nın parçalanma məhsuludur, radon-220 isə torium-232 (Th-232) seriyasına aid olan Ra-224-ün parçalanma məhsuludur.
Tam oxu
Xəbəri oxu