Icma.az
close
up
RU
Necə gəldi tikilən, izolyasiyasız evlər: Hansı zərərverici qazlar xərçəng riskini artırır?

Necə gəldi tikilən, izolyasiyasız evlər: Hansı zərərverici qazlar xərçəng riskini artırır?

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlərdə bəzi sosial media istifadəçiləri tərəfindən edilən paylaşımlarda bildirilir ki, Azərbaycanda xərçəngin geniş yayılmasının ən böyük səbəblərindən biri kürsülü evlər, izolyasiyasız zirzəmilərdən istifadə olunması, yaşayış mərtəbəsi ilə torpaq qatı arasında radon qazının qarşısını alan təbəqənin olmamasıdır.

Maraqlıdır, bəs görəsən, radon qazını yaradan amillər nədir? Deyildiyi qədər sağlamlıq üçün təhlükəlidirmi?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Radiasiya Problemləri İnstitutunun fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov qeyd edib ki, radon heç bir iyə, dada, rəngə malik olmayan radioaktiv qazdır:

"Yerdə təbii olaraq əmələ gələn bu radioaktiv qaz, demək olar ki, hər yerdə mövcuddur. Kiçik konsentrasiyalarda radon qazı ətraf mühitə heç bir problem yaratmır. Amma qatılığı yol verilən həddi keçdikdə, insanın nəfəs və qida orqanlarına düşdükdə sağlamlıq üçün ciddi təhlükə mənbəyinə çevrilir. Təbiətdə radonun (Mendeleyev cədvəlində işarəsi Ra - red.) daha çox iki izotopuna rast gəlinir: radon-222 və radon-220.

Radon-222 uran-238 seriyasına aid olan Ra-226-nın parçalanma məhsuludur, radon-220 isə torium-232 (Th-232) seriyasına aid olan Ra-224-ün parçalanma məhsuludur. Ra-222-nin yarımparçalanma dövrü nisbətən böyük olduğundan (3.8 gün) daha təhlükəli hesab olunur və adətən, onun konsentrasiyasının nəzarətdə saxlanmasına ehtiyac yaranır".

F.Hümbətov bildirib ki, radon qazı suda asanlıqla həll olduğuna görə onu bəzi su mənbələrində də müşahidə etmək olur:

"Radon qazı üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Amerika Birləşmir Ştatları (ABŞ) Ətraf Mühitin Mühafizəsi Agentliyi tərəfindən su və havada standartlar müəyyən edilib. İçməli suda bu hədlər uyğun olaraq 100 Bekkerel/litr (Bk/l) və 11Bk/l, iş yerləri havası üçün 200 Bk/m3 yaşayış yerləri havası üçün isə 100 Bk/m3 müəyyən olunub.

Radonun konsentrasiyası yolverilən həddi keçən su mənbələrindən uzunmüddətli istifadə etdikdə və yüksək radon konsentrasiyasına malik hava ilə nəfəs aldıqda ağciyər və mədə xərçənginin yaranması riski artır".

Memar Muxtar Ərturan vurğulayıb ki, inşaat və tikinti sahəsində radon qazı və digər kimyəvi maddələrin torpaq və torpaq qatlarında hansı formalarda fəsadlar törətməsi barədə ekspertizalar aparılmalıdır, lakin Azərbaycanda bu tip ekspertizaların aparılması ilə bağlı yanaşma yoxdur:

"Bir bina inşa ediləndə onun topoqrafiya və geologiya araşdırmaları aparılmır. Çox nadir, təxminən, 5% hallarda bir sıra geoloji araşdırmalar aparılır. Bu da əsasən, çoxmərtəbəli binalar inşa edilərkən baş verir, məsələn, üçmərtəbəli fərdi yaşayış evinin inşası zamanı geoloji araşdırmaların aparıldığının şahidi olmuruq. Belə araşdırmanın aparılmasında heç kim maraqlı deyil. Vətəndaşlar torpaq alanda onun münbitliyinə baxırlar, amma topoqrafiyasına, torpağın qrunt sahəsinə, kimyəvi maddələrini müəyyən edəcək araşdırmalara məhəl qoymurlar. Bizdə də bunları araşdıracaq hər hansı ekspertiza mərkəzi, yoxlanış predmeti, nəzarət mexanizmi yoxdur".

Memarın sözlərinə görə, rütubətin yüksək olduğu bölgələrdə insanların müxtəlif bronxial xəstəliklər tapma riski daha çoxdur:

"Abşeron yarımadası, eləcə də Xəzər dənizi sahilindəki şəhər və kəndlərdə, Lənkəran, Sabirabad, Saatlı, Salyan kimi regionlarda rütubətlilik digər bölgələrə nisbətən daha yüksəkdir. Xüsusilə Lənkəran istiqamətində rütubət həddən artıq çoxdur.

Xəzəryanı zonalarda mənzil tikərkən bəzən torpaqdan duzlu suların çıxdığını müşahidə edirik. Bu suyun tərkibində həm qrunt suyu, həm də dəniz suyu olur. Mənzilləri tikərkən izolyasiya qatına fikir verilmir, kürsülü evlər inşa edilir. Topoqrafik layihələr hazırlanmır, hündürlüklər təyin olunmur. Yağış yağanda görürük ki, evləri su basıb. Çünki burada hesablanmamış iş görülüb. Torpaq üzərində necə gəldi ev tikilib. Heç bir izolyasiya, membran qatı, termonizamlama məsələlərinə fikir verilmir. Mənzillərdə rütubət artır, bu da kif göbələyinin əmələ gəlməsinə səbəb olur. Biz bunu həm zirzəmi qatında, həm də birinci mərtəbələrdə müşahidə edirik. Kif göbələkləri infeksion xəstəliklər yaradır. Nəticədə insan orqanizmində astma kimi ağır bronxial xəstəliklər baş qaldırılır.

Avropada kifli mənzillərdə yaşlı insanları yaşamağa qoymurlar, onları ərazidən təxliyə edirlər. Həmin mənzillərdə antibioloji, antibakterioloji vasitələrdən istifadə edilərək kifdən təmizləmə işləri görülür. Bizdə isə belə mənzillərdə uşaq da, böyük də, yaşlı da yaşayır. Nəticə etibarilə xəstəliklər əmələ gəlir".

Onkoloq Afət Cəbrayılova məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında qeyd edib ki, xərçəng yaradan amillər sırasında radon qazının olma payı çox aşağıdır:

"Radon qazı stabil maddə olmadığı üçün parçalanaraq radioaktiv elementə - radiuma çevrilir. Nisbətən xərçəng yaradan təsir demək mümkün olsa da, ümumilikdə zərərverici digər amillər sırasında olma payı çox aşağıdır. Siqaret çəkmə, qidalanma, həyat tərzi, piylənmə, hormonal amillər və s. bunların sırasında ilk sıralarda deyil. Çünki hər gün radon qazına məruz qalmırıq.

Fizioterapevtik kabinetlərdə çalışanlar, istehsalatda işləyənlər və s. bu qazdan istifadə edənlər davamlı, dəfələrlə, uzun müddət ona məruz qaldıqda xərçəng xəstəliyi yarana bilər. Kimyəvi zavodlarda, tikinti istehsalatında, silikatlar istehsal olunan yerlərdə işləyənlərdə ağciyər, dəri xərçəngi yarana bilər. Laboratoriyalarda hava-nəfəs yolu ilə keçən maddələrlə daha çox işləyənlərdə də xərçəngin yaranma riski yüksək olur. Çünki kimyəvi preparatlarla işləyənlər formalin ilə çox kontaktda olurlar, bu məhlul da stabil olmadığına görə uçduqda formaldehidə çevrilir ki, o da kanserogen maddədir".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Aprel 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see171

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see142

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Kəpəz Araz Naxçıvan ı bu qolla kubokdan kənarlaşdırdı Video

05 Dekabr 2025 00:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri