Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan büdcə gəlirləri qlobal neft bazarındakı konyunkturadan asılı olan ölkələr sırasındadır.
Bu, neft hasil edən demək olar ki, bütün dövlətlər üçün xarakterik bir xüsusiyyətdir.
Hətta əhalinin həyat səviyyəsinə görə dünyanın ən qabaqcıl ölkələrindən biri hesab edilən Norveç belə bu asılılıqdan tam sığortalanmayıb.
Əsas fərq neft gəlirlərinin mövcudluğu deyil, onlardan necə istifadə olunmasıdır - yəni bu gəlirlərin nə dərəcədə səmərəli idarə edilməsi və iqtisadiyyatın diversifikasiyası istiqamətində nə qədər uzaqgörən addımların atılmasıdır.Neft, digər təbii sərvətlər kimi, sonsuz deyil.
Bu reallıq uzunmüddətli iqtisadi strategiyanın mərkəzində dayanmalıdır.
Neft dövrü başa çatana qədər əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi, daha dayanıqlı və davamlı gəlir mənbələrinin formalaşdırılması ölkənin iqtisadi təhlükəsizliyi baxımından həlledici əhəmiyyət daşıyır.
Azərbaycanda bu keçidin təməli təsadüfi qərarlarla yox, hələ ötən əsrin sonlarında strateji baxış əsasında qoyulub.Məhz bu baxışdan çıxış edən ümummilli lider Heydər Əliyev neft kimi strateji bir sərvətin bugünkü ehtiyaclarla yanaşı, gələcək nəsillərin rifahına da xidmət etməli olduğunu əsas prinsip kimi müəyyənləşdirdi.Bu yanaşmanın institusional ifadəsi isə 1999-cu il fevralın 29-da Dövlət Neft Fondunun yaradılması ilə bağlı imzalanan fərman oldu.