Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azəri-Çıraq-Günəşli” yatağı üzrə son dövrlərdə hasilat göstəricilərinin optimizasiyası üçün təkmilləşdirmə fəaliyyəti aparılır.
Bunun nəticəsində hasilat templərinin sabitləşdirilməsinin təmin olunacaq”.
Azpost.az bildirir ki, bu barədə ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov AZƏRTAC-a müsahibəsində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə gəlirlərdə azalma ilə bağlı məsələni şərh edərkən bildirib.
İ.Məmmədovun sözlərinə görə, Neft Fondunun 25 illik fəaliyyəti ərzində əldə etdiyi ümumi neft qaz gəlirlərinin əsas hissəsi “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” layihələri üzrə olub.
İcraçı direktor bu yataqları “dayaq layihələr” adlandırıb və qeyd edib ki, layihə üzrə hasilat, mənfəət karbohidrogenlərinin formalaşması və satışı, satış qiyməti ARDNF-nin gəlirlərinə təsiredici əsas amillərdir.
Onun sözlərinə görə, AÇG yatağı hazırkı dönəmdə Fondun formalaşma mənbələrinin əsas hissəsini təşkil edir.
30 illik yubileyini qeyd edən bu yataq 2024-cü ildə 600 milyon ton hasilat göstəricisini aşıb: “AÇG yatağı üzrə son dövrlərdə hasilat göstəricilərinin optimizasiyası istiqamətində aparılan təkmilləşdirmə fəaliyyəti nəticəsində layihə üzrə hasilat templərinin ortamüddətli dönəmdə də sabitləşdirilməsinin təmin olunması gözlənilir.