Icma.az
close
up
RU
Neft gəlirlərində azalma varmı? Neft Fondunun direktorundan AÇIQLAMA

Neft gəlirlərində azalma varmı? Neft Fondunun direktorundan AÇIQLAMA

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azəri-Çıraq-Günəşli”  yatağı üzrə son dövrlərdə hasilat göstəricilərinin optimizasiyası üçün təkmilləşdirmə fəaliyyəti aparılır. Bunun nəticəsində hasilat templərinin sabitləşdirilməsinin təmin olunacaq”. 

Azpost.az bildirir ki, bu barədə ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov AZƏRTAC-a müsahibəsində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə gəlirlərdə azalma ilə bağlı məsələni şərh edərkən bildirib.

İ.Məmmədovun sözlərinə görə, Neft Fondunun 25 illik fəaliyyəti ərzində əldə etdiyi ümumi neft qaz gəlirlərinin əsas hissəsi  “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” layihələri üzrə olub.

İcraçı direktor bu yataqları “dayaq layihələr” adlandırıb və qeyd edib ki,  layihə üzrə hasilat, mənfəət karbohidrogenlərinin formalaşması və satışı, satış qiyməti ARDNF-nin gəlirlərinə təsiredici əsas amillərdir.

Onun sözlərinə görə, AÇG yatağı hazırkı dönəmdə Fondun formalaşma mənbələrinin əsas hissəsini təşkil edir. 30 illik yubileyini qeyd edən bu yataq 2024-cü ildə 600 milyon ton hasilat göstəricisini aşıb: “AÇG yatağı üzrə son dövrlərdə hasilat göstəricilərinin optimizasiyası istiqamətində aparılan təkmilləşdirmə fəaliyyəti nəticəsində layihə üzrə hasilat templərinin ortamüddətli dönəmdə də sabitləşdirilməsinin təmin olunması gözlənilir. Bu da öz növbəsində ARDNF-nin gəlirlərinin stabil saxlanılmasına zəmin yaradan faktorlardandır. Belə ki, 2024-cü il üzrə proqnozlaşdırılan hasilatın tam və bununla yanaşı Fondun bu istiqamət üzrə gəlirlərinin büdcədən artıq icra olunması gözlənilir”-deyə icraçı direktor bildirib.

“Şahdəniz” layihəsinə gəldikdə İ.Məmmədov deyib ki, Azərbaycan qazının 2021-ci ildən etibarən Avropa bazarlarına çıxışının təmin edilir. Bu istiqamət üzrə gəlirlilik tarixi maksimumlara çatıb və son illərdə kəskin yüksək volatillik müşahidə etdirən Avropa qaz qiymətlərindən asılı olaraq dəyişib.

“Layihə üzrə qaz hasilatı dinamikasının hazırkı dövrdə müsbət templə irəliləməsi və növbəti illərdə daha da artırılaraq pik hədlərə çatdırılması proqnozlaşdırılır. Bu da öz növbəsində Azərbaycanın dünya bazarlarındakı qaz ixrac payının yüksəldilməsi ilə nəticələnəcək”- deyə icraçı direktor bildirib.

İ. Məmmədov deyib ki, hazırda karbohidrogen layihələrinin işlənilməsi sayəsində yeni neft-qaz yataqlarından hasilatın təmin edilməsi gözlənilir. Əldə olunacaq həcmlər yaxın gələcəkdə ümumi hasilat profillərinə və iqtisadi göstəricilərə müsbət təsirlərlə nəticələnəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Yanvar 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri