Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalmaqda davam edir.
Belə ki, son hərraclarda Azərbaycan neftinin 1 barelinin qiyməti 0,34 ABŞ dolları və ya 0,54% azalaraq 61.83 ABŞ dolları təşkil edib.Beynəlxalq proqnozlarBununla paralel qlobal investisiya bankı Goldman Sachs qlobal neft bazarında təklif çoxluğunun müşahidə olunmağa başladığını bildirib.
Goldman Sachs həm qlobal məlumatlara, həm də Beynəlxalq Enerji Agentliyi (IEA) və ABŞ-ın rəsmi ehtiyat rəqəmlərinə istinad edərək, neft bazarında uzun müddətdir gözlənilən təklif artığının artıq görünməyə başladığını qeyd edib.
Analitiklər bildirirlər ki, OECD-də neft ehtiyatları ilin əvvəlindən indiyə qədər gündəlik 340 min barel artıb və bu artım indiyə qədərki ümumi ehtiyatların dörddə birini təşkil edir.
Həmçinin, ilin sonuna qədər bu payın üçdə bir səviyyəsinə çatacağı gözlənilir.Goldman Sachs proqnozlaşdırır ki, Brent nefti 2026-cı ilin 4-cü rübündə barel başına 52 dollara qədər ucuzlaşacaq.Ukraynanın enerji infrastrukturu ilə bağlı hücumları səbəbindən Rusiya istehsalına aşağı yönlü risklər mövcuddur.
Rusiya neft istehsalındakı aşağı yönlü dəyişikliklər isə Goldman Sachs-ın proqnozları üzərində yuxarı yönlü risk yaradır.Baxmayaraq ki, bazar görünüşü eniş meyillidir, yaxınlaşan ehtiyat artımlarının artıq qiymətlərdə əks olunması və dizel emalı marjlarındakı güclü performansın tələbi dəstəkləməsi səbəbindən qiymətlərin düşməsi yavaş ola bilər.Bütün bunları nəzərə alsaq, neftin büdcə qiyməti dəyişə bilərmi?Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyir ki, bu ilki dövlət büdcəsində neftin qiymətinin dəyişməyəcəyi dəqiqdir: “Çünki ilin sonuna cəmi 2 ay qalıb.
2026-cı ilin dövlət büdcəsində isə neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulur.