“Neftçi” futbol klubunun Pedro Markes transferini bitirdiyi bildirilir

24.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın “Neftçi” futbol klubu heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

İdman.Biz xəbər verir ki, Kiprin “Afentiko” nəşri portuqaliyalı futbolçu Pedro Markesin “ağ-qaralar”a keçidinin tamamlandığını yazıb.

Əvvəllər 28 yaşlı forvardla “Neftçi” arasında danışıqların maliyyə şərtlərinə görə nəticəsiz qaldığı bildirilirdi. Lakin sonradan tərəflər arasında vəziyyət dəyişib və Bakı klubunun keçidi yekunlaşdırdığı qeyd olunur.

Qeyd edək ki, Pedro Markes son olaraq Kiprin “Apollon” klubunda çıxış edib. Portuqaliyalı hücumçu Limassol təmsilçisində 85 oyuna 35 qol vurub. Futbolçunun Kipr klubu ilə müqaviləsi başa çatdığı üçün o, azad agent statusundadır.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью