“Neftçi” futbol klubunun Pedro Markes transferini bitirdiyi bildirilir
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın “Neftçi” futbol klubu heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, Kiprin “Afentiko” nəşri portuqaliyalı futbolçu Pedro Markesin “ağ-qaralar”a keçidinin tamamlandığını yazıb.
Əvvəllər 28 yaşlı forvardla “Neftçi” arasında danışıqların maliyyə şərtlərinə görə nəticəsiz qaldığı bildirilirdi. Lakin sonradan tərəflər arasında vəziyyət dəyişib və Bakı klubunun keçidi yekunlaşdırdığı qeyd olunur.
Qeyd edək ki, Pedro Markes son olaraq Kiprin “Apollon” klubunda çıxış edib. Portuqaliyalı hücumçu Limassol təmsilçisində 85 oyuna 35 qol vurub. Futbolçunun Kipr klubu ilə müqaviləsi başa çatdığı üçün o, azad agent statusundadır.
Bu mövzuda digər xəbərlər:“Neftçi” futbol klubu yeni transferini açıqladı VİDEO
18 Avqust 2026 19:01
“Neftçi Futbol Klubunun zərəri kəskin azalıb
09 May 2025 12:32
“Neftçi” futbol klubunun Çipot planı alınmadı
02 İyul 2026 13:02
“Neftçi” növbəti transferini açıqladı
28 İyun 2025 19:01
Neftçi növbəti transferini reallaşdırdı
28 Avqust 2025 12:56
Baxış sayı:179
Bu xəbər 24 İyun 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















