Neftçi Şamaxıya yollandı

21.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Neftçi" Misli Premyer Liqasının 12-ci turunda qarşılaşacağı "Araz-Naxçıvan" klubu ilə matçın hazırlığını yekunlaşdırıb. Sport24.az xəbər verir ki, komandanın üzvləri bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar. "Ağ-qaralar" hazırlıq prosesindən sonra səfərə yollanıblar.

"Turan Tovuz"la görüşdə qırmızı vərəqə alaraq 2 matçlıq diskvalifikasiya olunmuş İqor Ribeyronun cəza müddəti başa çatdığı üçün o, qarşıdakı oyunda meydana çıxa bilər.

Qeyd edək ki, noyabrın 22-də Şamaxı şəhər stadionunda keçiriləcək "Araz-Naxçıvan" – "Neftçi" matçı saat 14:30-da başlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью