Neftçi Şamaxıya yollandı
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Neftçi" Misli Premyer Liqasının 12-ci turunda qarşılaşacağı "Araz-Naxçıvan" klubu ilə matçın hazırlığını yekunlaşdırıb. Sport24.az xəbər verir ki, komandanın üzvləri bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar. "Ağ-qaralar" hazırlıq prosesindən sonra səfərə yollanıblar.
"Turan Tovuz"la görüşdə qırmızı vərəqə alaraq 2 matçlıq diskvalifikasiya olunmuş İqor Ribeyronun cəza müddəti başa çatdığı üçün o, qarşıdakı oyunda meydana çıxa bilər.
Qeyd edək ki, noyabrın 22-də Şamaxı şəhər stadionunda keçiriləcək "Araz-Naxçıvan" – "Neftçi" matçı saat 14:30-da başlanacaq.
Baxış sayı:80
Bu xəbər 21 Noyabr 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















