“Neftçi” Serbiya yığmasının müdafiəçisinə təklif göndərdi SON DƏQİQƏ

23.06.2025

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Neftçi"nin maraq dairəsində olan növbəti futbolçunun kimliyi üzə çıxıb.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, bakılılar Nikola Stevanoviçlə danışıqlara başlayıb.

"Ağ-qaralar" Serbiya yığmasının müdafiəçisinə 2 illik müqavilə təklif edib.

26 yaşlı arxa xətt oyunçusu hazırda "Otelul"un formasını geyinir. 1.90 m boya malik balkanlı ötən ilin yayından bəri Rumıniyada çıxış edir.

O, daha öncə ölkəsində "Radniçki" və "Dinamo Vranje"nin şərəfini qoruyub.

2022-ci ildə Almaniyaya yollanaraq, "İnqolştadt"ın uğurları üçün tər töküb. 1 il sonra isə vətənə dönərək, "Napredak"la müqavilə imzalayıb.

"Neftçi" bu yay hələlik 1 transfer edib. Paytaxt təmsilçisi "Apolon"dan (Kipr) Benin yığmasının yarımmüdafiəçisi Sessi D’Almeydanı düşərgəyə cəlb edib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью