“Neftçi” Serbiya yığmasının müdafiəçisinə təklif göndərdi SON DƏQİQƏ
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Neftçi"nin maraq dairəsində olan növbəti futbolçunun kimliyi üzə çıxıb.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, bakılılar Nikola Stevanoviçlə danışıqlara başlayıb.
"Ağ-qaralar" Serbiya yığmasının müdafiəçisinə 2 illik müqavilə təklif edib.
26 yaşlı arxa xətt oyunçusu hazırda "Otelul"un formasını geyinir. 1.90 m boya malik balkanlı ötən ilin yayından bəri Rumıniyada çıxış edir.
O, daha öncə ölkəsində "Radniçki" və "Dinamo Vranje"nin şərəfini qoruyub.
2022-ci ildə Almaniyaya yollanaraq, "İnqolştadt"ın uğurları üçün tər töküb. 1 il sonra isə vətənə dönərək, "Napredak"la müqavilə imzalayıb.
"Neftçi" bu yay hələlik 1 transfer edib. Paytaxt təmsilçisi "Apolon"dan (Kipr) Benin yığmasının yarımmüdafiəçisi Sessi D’Almeydanı düşərgəyə cəlb edib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 23 İyun 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















