“Neftçi SOCAR” yarımfinal uğrunda Sloveniya ilə qarşılaşacaq

19.07.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın 3x3 basketbol üzrə “Neftçi SOCAR” qadın komandası FIBA Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 final oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, komanda yarımfinala vəsiqə uğrunda Sloveniya millisi ilə qarşılaşacaq.

Fəvvarələr Meydanında keçiriləcək görüş saat 17:30-da başlayacaq. Azarkeşlər üçün giriş sərbəstdir.

“Neftçi SOCAR” əsas mərhələnin A qrupunda əvvəlcə Çexiyanın “Praqa” komandasını 18:14 hesabı ilə məğlub edib. Təmsilçimiz növbəti görüşdə Litva millisinə 16:21 hesabı ilə uduzsa da, 1/4 finala vəsiqə qazanıb.

Komanda qrupdakı iki qarşılaşmada ümumilikdə 34 xal toplayıb. “Neftçi SOCAR” Bakı mərhələsinə turnirin bir nömrəli səbətində başlayıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью