“Neftçi SOCAR” yarımfinal uğrunda Sloveniya ilə qarşılaşacaq
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın 3x3 basketbol üzrə “Neftçi SOCAR” qadın komandası FIBA Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 final oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, komanda yarımfinala vəsiqə uğrunda Sloveniya millisi ilə qarşılaşacaq.
Fəvvarələr Meydanında keçiriləcək görüş saat 17:30-da başlayacaq. Azarkeşlər üçün giriş sərbəstdir.
“Neftçi SOCAR” əsas mərhələnin A qrupunda əvvəlcə Çexiyanın “Praqa” komandasını 18:14 hesabı ilə məğlub edib. Təmsilçimiz növbəti görüşdə Litva millisinə 16:21 hesabı ilə uduzsa da, 1/4 finala vəsiqə qazanıb.
Komanda qrupdakı iki qarşılaşmada ümumilikdə 34 xal toplayıb. “Neftçi SOCAR” Bakı mərhələsinə turnirin bir nömrəli səbətində başlayıb.
Bu mövzuda digər xəbərlər:“Neftçi SOCAR” Dünya Seriyasında yarımfinal uğrunda oynayacaq
06 Sentyabr 2026 09:44
“Neftçi”nin Sloveniya hazırlığı başladı
30 İyun 2026 17:12
Neftçi nin Sloveniya toplanışından FOTOLAR
04 İyul 2026 21:11
SOCAR Sloveniya şirkətləri ilə enerji əlaqələrini genişləndirmək istəyir
06 Fevral 2025 14:06
“Neftçi SOCAR” dayandı
30 Avqust 2026 11:54
Baxış sayı:166
Bu xəbər 19 İyul 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















