Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
17 il ərzində (1979–1988) SSRİ çempionatlarının güclülər dəstəsində 222 oyun keçirib, 1 qol vurmuş Əsgər Abdullayev arxa xətdə böyük əzmkarlığı və döyüşkən ruhuna görə fədakar müdafiəçi adlandırılmağa layiq idi.
Bu cəsur gənc topu şərəfini qoruduğu komandanın qapısında görməmək üçün hər şeyə hazır görünürdü.
Məhz buna görə də ötən əsrin 80-ci illərinə qayıdıb, tezliklə, martın 27-də 65 yaşını qeyd edəcək SSRİ idman ustası Ə.Abdullayevin böyük futbolda keçdiyi yola, ötəri də olsa, bir daha nəzər salıb, görək yadımızda nələr qalıb.
Yazımızın səbəbkarının Sovet İttifaqı çempionatlarının güclülər dəstəsində 222 oyunun iştirakçısı olub, 1 qol vurduğunu mərhum həmkarım Abas Əzimovun 2007-ci ildə nəşr etdirdiyi “Neftçi”–70 kitabından öyrəndim.
Bundan sonra “1” rəqəmi ilə çox maraqlandım və tənbəllik etməyib, Əsgərin ilk və sonuncu qolunu məhz nə vaxt, hansı oyunda, kimin qapısına vurduğunu öyrənmək istədim.
Axtarış bir qədər çox vaxt aparsa da, uğurla başa çatdı. Bu zaman həm də oyun haqqında hakim protokolunun köməyi ilə xeyli əlavə məlumat da
Həmin qol 1987-ci il iyulun 29-da 50-ci SSRİ çempionatının “Jalgiris”–“Neftçi” görüşündə qeydə alınmışdır.