Icma.az
close
up
RU
“Neftçi”nin kapitan Əsgəri

“Neftçi”nin kapitan Əsgəri

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

17 il ərzində (1979–1988) SSRİ çempionatlarının güclülər dəstəsində 222 oyun keçirib, 1 qol vurmuş Əsgər Abdullayev arxa xətdə böyük əzmkarlığı və döyüşkən ruhuna görə fədakar müdafiəçi adlandırılmağa layiq idi. Bu cəsur gənc topu şərəfini qoruduğu komandanın qapısında görməmək üçün hər şeyə hazır görünürdü. Məhz buna görə də ötən əsrin 80-ci illərinə qayıdıb, tezliklə, martın 27-də 65 yaşını qeyd edəcək SSRİ idman ustası Ə.Abdullayevin böyük futbolda keçdiyi yola, ötəri də olsa, bir daha nəzər salıb, görək yadımızda nələr qalıb.

Yazımızın səbəbkarının Sovet İttifaqı çempionatlarının güclülər dəstəsində 222 oyunun iştirakçısı olub, 1 qol vurduğunu mərhum həmkarım Abas Əzimovun 2007-ci ildə nəşr etdirdiyi “Neftçi”–70 kitabından öyrəndim. Bundan sonra “1” rəqəmi ilə çox maraqlandım və tənbəllik etməyib, Əsgərin ilk və sonuncu qolunu məhz nə vaxt, hansı oyunda, kimin qapısına vurduğunu öyrənmək istədim. Axtarış bir qədər çox vaxt aparsa da, uğurla başa çatdı. Bu zaman həm də oyun haqqında hakim protokolunun köməyi ilə xeyli əlavə məlumat da aldım.

Həmin qol 1987-ci il iyulun 29-da 50-ci SSRİ çempionatının “Jalgiris”–“Neftçi” görüşündə qeydə alınmışdır. Vilnüsün “Jalgiris” mərkəzi stadionunda keçirilmiş oyunda hesabı 30-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Pankratyev açmış, moskvalı hakim Sergey Xusainovun final işarəsinə 2 dəqiqə qalmış isə hücumçu dostlarının köməyinə gələn Əsgər komandasını məğlubiyyətdən xilas etmişdir – 1:1.

“Neftçi” tribunalardan 11 min azarkeşin izlədiyi görüşdə belə heyətdə oynamışdır: Aleksandr Jidkov, Mustafa Bilalov, Əsgər Abdullayev, Arzu Mirzəyev (Mehman Allahverdiyev, 64), Andrey Fedorovski, Nazim Süleymanov, Yunis Hüseynov (Novruz Əzimov, 88), Şakir Qəribov, İqor Ponomaryov, Maşallah Əhmədov, İsgəndər Cavadov.

Yubiley çempionatında 16 komanda çıxış etmiş, bakılılar yekun cədvəlində 28 xalla 9-cu yeri tutmuşlar. Qızıl medallar isə 42 xal toplayan Moskvanın “Spartak” komandası futbolçularına təqdim olunmuşdur.

İnanın, bu məlumatdan sonra Abdullayevin SSRİ çempionatlarının güclülər dəstəsində vurduğu qol – hücuma qoşulan müdafiəçinin fərqləndiyi epizod o vaxt Litva paytaxtından canlı yayımlanan görüşün 88-ci dəqiqəsində “Neftçi” futbolçularının sevincli anlarını dərhal gözlərim qarşısında canlandırdı.

Top “Jalgiris”in qapısından keçən kimi bizimkilər qolun müəllifinə tərəf qaçaraq, onu qucaqlayıb, əlləri üstə qaldırıb, bir qədər irəli, meydanın mərkəzinə tərəf apardılar. Hamının sevinci hədsiz idi. Gözlənilmədən hücuma qoşulan Əsgər komandasını məğlubiyyətdən xilas etmiş və ona çox mühüm 1 xal qazandırmışdı. “Neftçi” Baltikyanı respublikadan Xəzər sahillərinə əliboş qayıtmayacaqdı.

Bir çox oyunda komandanı meydana kapitan kimi çıxarması Abdullayevin kollektivdə yüksək nüfuzunu, liderlik bacarığını təsdiq edirdi. Komanda yoldaşları da onun məsləhətlərini həmişə diqqətlə dinləyib, ümidlərini doğrultmağa çalışırdılar.

Kapitan bir futbolçu kimi çıxışlarını başa vurduqdan sonra məşqçilik fəaliyyətinə başlayıb, bir neçə komandanın “sükanı arxasında” dayanmış, Azərbaycan milli kollektivini də çalışdırmışdır. Bu komandada ən böyük uğuruna 2004-cü il Avropa çempionatının seçmə mərhələsində o zaman Serbiya və Çernoqoriya adlanan, indi isə Çernoqoriya, Monteneqro kimi tanıdığımız ölkənin komandası ilə oyunlarda nail olmuşdur. Millimiz hər iki görüşün gedişində hesabda geri düşsə də, əsl döyüşçü xarakteri göstərmişdir.

Rəqiblər əvvəlcə hazırda Çernoqoriyanın ən böyük şəhəri və paytaxtı Podqoritsada qarşılaşmışlar. Meydan sahibləri 2:0 hesabı ilə irəli çıxmış, amma Qurban Qurbanovun iki dəqiq zərbəsindən sonra tərəflər heç-heçəyə “razılaşmışlar” (2:2).

Bakıda, “Şəfa” stadionunda oynanılmış matçda da Azərbaycan kollektivi möhkəm iradə və böyük əzmkarlıq göstərmişdir. Yenə ilk qola Serbiya və Çernoqoriya sevinmiş, amma sonra Qurbanov penalti ilə hesabı bərabərləşdirmiş, Fərrux İsmayılov da öz növbəsində gözəl baş zərbəsi ilə oyunun taleyini komandamızın xeyrinə həll etmişdir – 2:1.

Onda 2003-cü ilin isti bir yay axşamı, iyunun 11-i idi. Əsgər Abdullayev, onun oyunçuları, azarkeşlər, bütün idman ictimaiyyətimiz xoşbəxtcəsinə gözəl bir gün yaşayırdılar…

Bu gün isə Azərbaycan 5 mart Bədən Tərbiyəsi və İdman Gününü bayram edir. Əsgər Məmməd oğlu Abdullayevin 65 illik yubileyinin bu əlamətdar hadisənin qeyd olunduğu aya, üstəlik də, erkən bahara təsadüf etməsi “Neftçi”mizin fədakar Əsgərinə taleyin töhfəsidir.

O, barlı-bərəkətli baharda doğulmuşdur. Baharın bəzəyi isə futboldur!

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see274

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see193

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see192

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see191

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see183

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see182

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see181

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see180

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see180

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see180

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see179

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see179

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see176

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see175

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see174

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see172

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see171

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see171

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri