Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. Bu ilin payızında 26-cı SSRİ çempionatının güclülər dəstəsində keçirilmiş “Neftçi” –
Çempionatın vida turuna təsadüf etmiş və 1964-cü il noyabrın 3-də baş tutmuş bu oyunun qiyməti hər iki rəqib üçün son dərəcə yüksək idi – qa
Görünür, gənc yaşlarımda tələbə yoldaşlarımla birlikdə izlədiyim oyun xüsusi əhəmiyyətinə, bir də ki, onun taleyini həll edən penaltiyə görə
Həmin il 17 komandanın mübarizə apardığı çempionatda son 4 pillədə qalan klublar “yüksək cəmiyyət”lə vidalaşacaqdı.
“Neftçi” bu aqibəti yaşamamaq üçün mütləq qalib gəlməli idi, volqalıları isə heç-heçə də qane edirdi.
Respublika stadionunun tribunalarından 35 min tamaşaçının şahidlik etdiyi görüşdə əsasən müdafiə futboluna üstünlük verən qonaqlar uzun müddət meydan sahiblərinin hücumlarının qarşısını ala bilsələr də, ikinci hissənin ortalarında sürətlə onların cərimə meydançasına daxil olan Anatoli Banişevskini yolverilməz fəndlə dayandırdılar, minskli hakim V.
Xodin də tərəddüd etmədən 11 metrlik zərbə nöqtəsini göstərdi.
Penaltini yerinə yetirmək məsuliyyətini yarımmüdafiəçi Valeri Hacıyev öz üzərinə götürdü.